"İsuzu" piyadanı vurdu

"İsuzu" piyadanı vurdu
06:34 11 Dekabr 2015
21 Ölkə
Ölkə mətbuatı
A- A+

Qaradağda yük avtomobili piyadanı vurub. APA TV-nin məlumatına görə, Müşfiqabad qəsəbəsi ərazisində "İsuzu" markalı yük avtomobilinin sürücüsü maşını arxaya verərkən 53 yaşlı İmaməddin Fazilovu vurub. Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya gətirilib. Müayinə zamanı İmaməddin Fazilovda kəllə-beyin travması və çoxsaylı sınıq xəsarətləri olması məlum olub.

 

Sürücünün ifadəsi alınıb, avtomobili cərimə meydançasına yerləşdirilib.

 

Faktla əlaqədar Baş Dövlət Yol İdarəsində araşdırmalar aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224766

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR