Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qurban Qurbanov: “Gücümüz çatmadı və ya bəxtimiz gətirmədi desəm...”

Qurban Qurbanov: “Gücümüz çatmadı və ya bəxtimiz gətirmədi desəm...”

Date: 11 December 2015 06:37

"Əfsuslar olsun məğlub olduq. Futbolçuların hər birinə təşəkkür edirəm. Bizim üçün çox böyük təcrübə oldu. Komandanın oyundan razı qaldım." 
Milli.Az "Trend"ə istinadən bildirir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
 
UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində baş tutan "Anderlext" - "Qarabağ" oyunundan sonra keçirilən mətbuat konfransında təcrübəli mütəxəssis matçı belə şərh edib: "Belə oyunlarda kiçik bir boşluq qolla nəticələnir. Gücümüz çatmadı və ya bəxtimiz gətirmədi desəm düzgün alınmaz. Biz indi başladığımızı Avropa klubları 20-30 il əvvəl keçib".
 
Qurbanov həmçinin hesab edir ki, oyundakı mübahisəli epizodda penalti var idi.
Milli.Az


Tags:  Qurban Qurbanov Gücümüz çatmadı bəxtimiz gətirmədi desəm

RƏYLƏR


Top news