Ərdoğan son sözünü dedi

Ərdoğan son sözünü dedi
07:06 11 Dekabr 2015
43 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə öz qoşunlarını İraqdan geri çəkmək niyyətində deyil. ANS PRESS-in məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan belə bir bəyanat səsləndirib.

Ərdoğan qeyd edib ki, türk hərbiçilərin Bəşiqə şəhərindəki fəaliyyəti İŞİD-ə qarşı mübarizə aparan qüvvələrə təlim keçməkdən ibarətdir. Onun sözlərinə görə, qoşunlar İraq hökumətinin müraciəti ilə İraqa yerləşdirilib.

“Hərbiçilərimizin oradakı sayı təlim keçən peşmərgə kürd qüvvələrinin sayından asılıdır. Hazırda hərbi qüvvələrin geri çəkilməsi məsələsi müzakirə mövzusu deyil. Bu ayın 21-ində də Türkiyə, İraq və Amerika hökumətinin iştirakı ilə məsələ ilə əlaqədar görüş keçirəcəyik”, - deyə Ərdoğan bildirib.

Türkiyə qoşunları artıq keçən ildən Bəşiqə şəhərində fəaliyyət göstərir. Lakin ötən həftə əlavə hərbi qüvvələrin şəhərə gəlməsi Bağdadın etirazlarına səbəb olub. İraq hökuməti Ankaradan qoşunların geri çəkilməsini tələb edir.


İraqa göndərilən tanklar

İraqın Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzani də türk hərbçilərinin İraqda olmasına münasibət bildirib. O, dekabrın 10-da Türkiyəyə səfəri zamanı türk hərbçilərinin İraqda mövcudluğu probleminin həddindən artıq şişirdildiyini bildirib.

Onun sözlərinə görə, türk hərbçilərinin Mosul yaxınlığında rotasiyası yanlış qəbul edilib, problem həddindən artıq şişirdilib.

Türkiyə hərbçilərinin ərəb könüllülərinə təlim keçdiyini deyən Barzani Türkiyənin yüksək vəzifəli məmurlarından ibarət nümayəndə heyətinin məsələni müzakirə etmək üçün Bağdada yola düşdüyünü bildirib: "Biz heç bir halda suverenliyimizin pozulmasına razılaşmayacağıq. Lakin, biz İŞİD-lə mübarizə aparırıq və bizim qonşularımızın yardımına ehtiyacımız var. Bu iki məsələni qarışdırmaq lazım deyil. Yaxın zamanda bu məsələ həllini tapacaq”.


məsud Bərzani - İraqın Kürd Muxtariyyətinin rəhbəri

O əlavə edib ki, Türkiyə və İraqın Kürd Muxtariyyəti regional problemləri həll etmək üçün biri-birilərinə lazımdırlar.

Onu da bildirək ki, Ərdoğan bir neçə gün əvvəl türk hərbçilərinin İraqa daxil olmasının səbəbini açıqlayıb. O bildirib ki, Türkiyə qoşunu İraqın şimalındakı bazada ölkə rəhbərliyinin xahişi ilə yerləşdirilib.

“Hərbçilərimiz Bəşiqə bölgəsinə ilk dəfə İraq prezidenti Fuad Məsumun xahişi ilə 2014-cü ildə yerləşdirilib”, deyə Türkiyə prezidenti bəyan edib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366995

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR