Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ötən ay 50 mindən artıq mobil cihaz elektron qeydiyyatdan keçirilib

Ötən ay 50 mindən artıq mobil cihaz elektron qeydiyyatdan keçirilib

Date: 11 December 2015 07:13


Bakı, 11 dekabr, AZƏRTAC
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Mobil cihazların qeydiyyatdan keçirilməsi” elektron xidməti aktuallığını noyabr ayında da saxlayıb.
Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, ötən ay 50 min 863 mobil cihaz “Elektron hökumət” portalı üzərindən qeydiyyatdan keçirilib.
Bu xidmət vətəndaşlara xarici ölkələrdən aldıqları mobil cihazları asan şəkildə qeydiyyatdan keçirmək və onlayn ödəniş etmək imkanı verir.
Qeyd edək ki, ümumilikdə, 667980 mobil cihaz elektron qaydada qeydiyyata alınıb.

Tags:  Ötən ay 50 mindən mobil cihaz elektron qeydiyyatdan keçirilib


RƏYLƏR


Top news