Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Eldar Mahmudovun Avropadakı mülkləri - VİDEO

Eldar Mahmudovun Avropadakı mülkləri - VİDEO

Date: 11 December 2015 07:47

Keçmiş milli təhlkəsizlik naziri Eldar Mahmudovla bağlı daha bir məlumat mətbuatda yer alıb. Bu dəfə keçmiş nazirin Londondakı ən dəbdəbəli küçələrindən birində bahalı mənzil aldığı ortaya çıxıb.

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov 2012-ci ildə Londonun ən nüfuzlu və bahalı rayonunda, Sent-Ceyms məhəlləsində oğlunun adına 8 otaqlı dəbdəbəli mənzil alıb.

Milli.Az anspress-ə istinadən bildirir ki, mənzil 30 mln. funt-sterlinq dəyərindədir. Londonun "Rieltor" alqı-satqı şirkətlərindən fantastik qiyməti olan həmin mənzil sabiq nazirin oğlu Anar Mahmudovun adına sənədləşdirməsini təsdiqləyiblər. 

Anar Mahmudov hazırda da Londonda yaşayır.

"Virtualaz.orq" yazır ki, Eldar Mahmudov korrupsiya və kriminal yolu ilə əldə etdiyi kapitalın böyük hissəsini Qərbdə məhz oğlunun şirkəti vasitəsilə leqallaşdırıb.

Londonun Sent-Ceyms məhəlləsində yaşayış üçün nəzərdə tutulan tikililər çox azdır. Bu rayonda inşaat işləri aparılmır, yeni binalar tikilmir. Ona görə də Sent-Ceymsdə ev və mənzillər çox bahadır. Hətta bütün Böyük Britaniyada ən yüksək sayılır. 

Burada yaşayış sahələri deyəndə adətən nəhəng qədim ev və malikanələr, bir də bərpa edilərək müasir mənzillərə çevrilən tarixi binalar nəzərdə tutulur.

Eldar Mahmudovun belə bir yerdə olan malikanəsi onun Avropadakı varidatının az bir qismidir. 

Milli təhlükəsizlik orqanı əməkdaşı olmuş Ərəstun Oruclu iddia edib ki, Anar Mahmudov Avropada 48 milyon dollarlıq mülklərə sahibdir. 

Amma bu hələ aysberqin görünən tərəfidir. Əslində Mahmudovların Avropada yarım milyard dollar dəyəri olan mənzilləri var. Bu mülklər əsasən İspaniya və Çexiyada yerləşir", - deyə eks anlayışı olmayan MTN əməkdaşı söyləyib.

Eldar Mahmudovun işdən azad edilməsindən sonra MTN-nin bəzi əməkdaşları tərəfindən sahibkarların incilidməsi, əsassız haqq tələb edilməsi, onların həbsə atılaraq pul istənilməsi, telefon dinlərmələri, korrupsiya halları ilə bağlı cinayət işləri başlanıb. Hazırda nazirliyin 20-dək yüksək rütbəli əməkdaşı həbs edilib.
Milli.Az


Tags:  Eldar Mahmudovun Avropadakı mülkləri VİDEO


RƏYLƏR


Top news