“2016 həm iqtisadi, həm siyasi cəhətdən təlatümlü il olacaq”

“2016 həm iqtisadi, həm siyasi cəhətdən təlatümlü il olacaq”
08:12 11 Dekabr 2015
29 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az musavat.com-un budəfəki müsahibi Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, istiqlalçı-deputat Vahid Əhmədovdur. 90-cı illərdə Baş nazirin müavini vəzifəsində çalışmış həmsöhbətimizlə Xəzərdə baş vermiş faciə, manatın taleyi, regionda yaşanan hadisələr fonunda ölkəmizə yönələn təhdidlər və digər məsələlərdən danışdıq.

- Vahid müəllim, "Günəşli" yatağında baş verən dəhşətli hadisə gündəmin əsas mövzusudur. Çoxsaylı insan itkilərinə səbəb olan faciənin səbəbləri barədə müxtəlif rəylər səslənir. Siz uzun müddət hökumətdə çalışmısınız, kifayət qədər təcrübəniz var, bu sektora da bələdsiniz. Bu hadisə ilə bağlı məlumatlarınız, təxminləriniz nədən ibarətdir?

- Bu, çox ağır hadisədir. İlk olaraq millətimə başsağlığı verirəm, ölənlərin ailələrinə səbir diləyirəm. Mən uzun müddət bu işlərin içərisində olmuşam. Baş nazirin 1-ci müavini olanda rəhmətlik Qurban Abbasovla bir neçə dəfə Neft Daşlarında olmuşam, oranı gəzmişəm, baxmışam, yəni müəyyən məlumatlarım var. Məncə, baş verən hadisə küləyin həddən artıq güclü olması və qasırğa səviyyəsinə çatmasının, dalğanın 10 metrə yaxın qalxmasının nəticəsidir. İddialar səslənir, deyirlər burda digər dövlətlər, o cümlədən Rusiya tərəfindən təxribat ola bilər, ancaq mən bunu qəbul etmirəm. Əlbəttə, istisna da etmirəm, hər şey mümkündür. Amma mən əsas onun üzərində dayanıram ki, bu, təbii fəlakət, təbii faciədir. Azərbaycan dövləti bu faciədən çox böyük əziyyət çəkir. Hesab edirəm ki, orda işləyən FHN, SOCAR Neft Şirkəti, Sərhəd Xidməti və s. qurumların rəhbərləri birbaşa faciəni aradan qaldırılması prosesində iştirak ediblər, daha dəqiq məlumatları var. Mütəmadi açıqlamalar verilir, itkin düşənlər axtarılır. Məncə, Dövlət Neft Şirkətinin bu sahədə təcrübəsi həddən artıq böyükdür. Xoşbəxt Yusifzadəyə, digərlərinə də qulaq asdım, yəni lazım olan tədbirlər görülüb. Bu, taleyin qismətidir, görünür belə ağır faciədən qaçmaq mümkün deyilmiş. 

Ölənlərə Allah rəhmət eləsin! Dediyim kimi, təbii fəlakətlə yanaşı, digər ehtimalları da istisna etmirəm. Xüsusilə Azərbaycan prezidentinin "G 20" sammitində iştirakı və ordakı uğurlu çıxışından sonra Azərbaycanın dünya arenasına çıxması, iri dövlətlər arasında Azərbaycan dövlət başçısının uğurlu çıxışı ola bilər bəzi ölkələr tərəfindən müsbət qarşılanmayıb. 

Həmçinin, Türkiyənin xarici işlər naziri və baş nazirinin Azərbaycana səfəri, aparılan danışıqlar, TANAP, TAP qaz layihəsinin 2018-ci ildən də əvvəl çəkilib istifadəyə verilməsi ətrafında danışıqlar əlbəttə, bir sıra qonşu dövlətləri qane etmir. Bunun nəticəsi də ola bilər. Amma mən əlbəttə, bunu daha çox təbii fəlakət sayıram. 

- Bu gün ölkə insanını narahat edən digər məsələ manatın taleyi ilə bağlıdır. Mərkəzi Bankın ehtiyatları xeyli azalıb, növbəti ildə nə gözlənilir? 

- Bəli, Mərkəzi Bankın valyuta ehtiyatları kəskin azalıb. Devalvasiyadan qabaq hardasa 15 milyard manata yaxın ehtiyatlar var idisə, hazırda 6,2 milyard manata yaxın qalıb. Əlbəttə, bunun əsas hissəsi manatın məzənnəsinin qorunub-saxlanmasına sərf olunub. Mən belə səviyyədə manatın kursunun saxlanmasının tərəfdarı deyiləm. Əlbəttə, ehtiyatımız böyük miqdarda olsaydı, qoruyub-saxlamaq lazım idi. Çünki bu, əhali üçün çox vacibdir. Amma gec-tez manat özünün bazar qiymətini almalıdır. Qonşu dövlətlərdə fikir verirsinizsə, milli valyutalar dəyərdən düşür, bir çoxları üzən məzənnə siyasətini həyata keçirir, kəskin devalvasiyaya gedir. Biz də 21 fevralda devalvasiyanın şahidi olduq, manat 34 faiz ucuzlaşdı. Bundan sonra da manat öz bazar qiymətini almadı. 

Yenə də Mərkəzi Bank valyuta bazarına müdaxilə edib hər ay müəyyən qədər vəsait buraxır ki, manatı qorusun. Əlbəttə, bu, uzun müddət davam edə bilməz. Mən həmişə demişəm ki, manatın dəyəri birbaşa neftin qiymətindən asılıdır. Dünya bazarında neftin qiyməti kəskin aşağı düşür. Biz 2015-ci ilin dövlət büdcəsində neftin qiymətini 90 dollar götürmüşdük. Amma hal-hazırda neftin qiyməti 40 dollardan bir qədər artıqdır. 2016-cı ilin dövlət büdcəsində də neftin qiymətini 50 dollardan götürmüşük. Gedən proseslər onu göstərir ki, neftin qiyməti 50 dollar ətrafında qalarsa, bu, çox müsbət haldır. Yəni manatı müəyyən qədər qoruyub saxlamaq mümkün olacaq. Amma Mərkəzi Bankın ehtiyatları da tükənməz deyil, bu ehtiyatlar qurtarır. Bir ildə hardasa 60-70 faiz ehtiyat tükənib. Ona görə də tənzimlənən, üzən məzənnə siyasətini həyata keçirmək, yəni yumşaq devalvasiyaya getmək lazımdır ki, əhali bunu birdən-birə hiss eləməsin. 

- Yəni 1 dollar-1,5 manata bərabər olmalıdır?

- Onu demək çətindir. Ölkədəki iqtisadi proseslərə, qeyri-neft sektorunun inkişafına baxmaq lazımdır. Düzdür, son vaxtlar Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə əlaqədar müəyyən addımlar atılıb. Ancaq onların vergi tutumları çox aşağıdır. İstənilən dövlətin iqtisadi siyasəti o vaxt uğurlu sayılır ki, orda iki əsas prinsip yüksək səviyyədə qorunub-saxlanır: birincisi, bank sisteminin yaxşı işləməsi, cəmiyyət qarşısında öhdəliklərini normal yerinə yetirməsi; ikincisi, sənayenin inkişafıdır. Bu iki sistem normal fəaliyyət göstərirsə, o dövlətdə heç vaxt problemlər olmur. 

- Parlamentdəki çıxışlarınızda bir neçə dəfə Mərkəzi Bankı kredit faizlərinin aşağı salınmaası üçün banklara təsir göstərməyə çağırmışdınız. Nəticəsi olmadı...

- Məsələ bu gün də gündəmdədir. Bank sistemində islahatlar getməlidir. Özü də birtərəfli yox, hərtərəfli qaydada. Faizlərin yüksək olması əlbəttə, vaxtı keçmiş kreditlərin miqdarını kəskin artırıb, artıq 1,4 milyard manata gəlib çatıb. Bu gün ölkədə 42 bank fəaliyyətdədir, ancaq bu, çoxdur. Bankların nizamnamə kapitalları, dövriyyə vəsaitləri, likvidliliyi aşağıdır. O banklar öz aralarında müəyyən birləşmə əməliyyatını həyata keçirməlidir - Mərkəzi Bankın rəhbərliyi altında. İri banklar yaradılmalıdır, "Kapital Bank", "Paşa Bank", Beynəlxalq Bank kimi... Yəni bunların kredit portfelləri böyük olsun ki, aşağı faizlə kredit verə bilsinlər. Bu gün əmanətləri 9-10 faizlə qəbul edirlər, amma 30-35 faizlə kredit verirlər. Bu, qəbul olunan hal deyil. 2,5 milyona yaxın insanın kredit borcları var, bu, çox böyük rəqəmdir. Mən bir sıra bankların rəhbərləri ilə görüşmüşəm, 21 fevral devalvasiyasından sonra bankların özünün də problemləri yaranıb. Banklara müəyyən yardımlar vermək olar. 2008-ci ilin krizis vaxtı cənab prezident xaricdən vəsait gətirilməsi barədə göstəriş vermişdi. O vaxt banklara müəyyən yardım edilsəydi, bu problem yaranmazdı. 

- Yeni ildə hökumətin tərkibində yeniliklərin olacağını gözləməyə dəyərmi? Ümumiyyətlə, siz islahatlara gediləcəyini güman edirsinizmi?

- Azərbaycan prezidenti oktyabr ayından başlayaraq bir sıra ciddi islahatlara start verib, o cümlədən vergi ilə bağlı qanunlar dəyişdirilib. Sahibkarlıq mühitinin yaxşılaşdırılması, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar göstərişlər verilib. 2016-cı ilin dövlət büdcəsini cənab prezident təsdiq etdi. Orda da hökumətin və bir sıra nazirlərin qarşısında çox ciddi problemlərin həlli üçün tapşırıqlar verib. Prezident fərmanında hökumətə səhmdar cəmiyyətləri arasında olan kredit borclarının tənzimlənməsi haqqında göstəriş var. Həmçinin kənd təsərrüfatı məhsullarına ayrılan subsidiyaların səmərəliliyinin və şəffaflığının artırılması ilə bağlı göstərişlər var. Eyni zamanda gömrük tariflərinin daxili bazara uyğunlaşdırılması, özəlləşdirmə prosesinin canlandırılması, əhalinin əmanətlərinin qorunması ilə əlaqədar müəyyən göstərişlər var. Hazırda əhalinin 30 min manata qədər əmanətləri sığortalanır, bu, az məbləğdir. O banklarda ki, korporativ idarəetmə yüksək səviyyədədir, həmin banklarda istənilən məbləğdə qoyulmuş əmanət qorunmalıdır. Ona görə də dövlət başçısının atdığı addımlar, bu islahatlar davamlı olmalıdır. 

- Hökumət prezidentin qərarlarına adekvat reaksiya verirmi?

- Müəyyən məsələlərdə verir. Ancaq daha çevik hökumət olmalıdır. Fikir verin, Rusiyada embarqolardan sonra hökumətin işləmə mexanizmi necə çevikdir. Bizdə də çevik hökumət olmalıdır ki, gedən proseslərə çox ciddi nəzarət eləsin, qiymət versin, bank, sənaye, ümumiyyətlə, qeyri-neft sektorunun inkişafına diqqət artırılsın.  Yoxsa yaxın zamanlarda neftin qiymətinin artımı gözlənilmir. 

- Demək 2016-cı il bizə yaxşı heç nə vəd eləmir...

- Yox, bizdə ciddi problemlər olan deyil, nə iqtisadi, nə də siyasi sahədə. Cənab prezidentin xarici siyasəti də uğurludur. Balans siyasətini qoruyub-saxlayır - istər Rusiya, istər Türkiyə ilə, bu, müsbət haldır. Daxildə də ehtiyatımız da kifayət qədərdir. Əgər hökumət prezidentin imzaladığı fərmandakı məsələləri yerinə yetirsə, problemimiz olmayacaq. Dövlət 2016-cı ilin büdcəsini təsdiq edəndə də biz yalnız iki investisiya layihəsini saxladı: TANAP, TAP layihəsi və Bakı-Qars dəmir yolunun çəkilməsi. Sosial layihələr də cənab prezidentin tapşırığı ilə saxlanıldı. Elə ciddi problem gözlənilmir. Amma çox şey bizim hökumətin işləməsindən asılıdır.  

- İndiki situasiyada hökumətə kömək etmək istərdinizmi?

- Mən həmişə hökumətə kömək edirəm, fikirlərimi bildirirəm. Açığı, əksər fikirlərim də qəbul olunur. Harda olmağımdan asılı olmayaraq, mən həmişə kömək etməyə hazıram, çünki bizim hökumətimizdir. İqtisadiyyatımızın inkişafı üçün hökumətin əlindəki rıçaqlardan həmişə istifadə etmək lazımdır. Milli Məclisdə elə qanunlar qəbul etmək lazımdır ki, hökumət o qanunların icrası ilə məşğul olsun və Azərbaycan iqtisadiyyatının inkişafında müəyyən təkanlar yaransın. 2016-ci il yüngül il olmayacaq, həm iqtisadi, həm siyasi cəhətdən təlatümlü olacaq. Amma biz Azərbaycan dövlət başçısının apardığı daxili və xarici siyasətə nəzər yetirsək, ümid edə bilərik ki, gələn ili də uğurla başa vuracağıq.
 
- Parlamentdən söhbət düşmüşkən, deputat Naqif Həmzəyevin Məhəməd Əmin Rəsulzadəni təhqir etməsini necə qarşıladınız?

- Çox pis. Mən belə şeyləri qəbul etmirəm. Belə məsələləri tarix öz yerinə qoyur. Məhəməd Əmin Rəsulzadə 1918-20-cü illərdə, 23 ay ərzində Azərbaycan hökumətində təmsil olunan şəxsdir. Dünyasını dəyişəndə də üç dəfə "Azərbaycan" deyib. O vaxt elə çətin bir vəziyyətdə müstəqil Azərbaycanın qurulmasında müstəsna xidmətləri olan Məhəmməd Əmin Rəsulzadə, Əhməd Cavad, digər görkəmli şəxsiyyətlərin qədrini bilmək lazımdır. Rəhmətlik Heydər Əliyev və indiki prezidentimiz İlham Əliyev də Rəsulzadə ilə əlaqədar fərmanlar, sərəncamlar veriblər, onun yubileylərini həmişə qeyd ediblər. Milli Məclisə seçilən hər bir millət vəkili başa düşməlidir ki, onu parlamentə seçiblər ki, Azərbaycan xalqının mənafeyini müdafiə etsin, Azərbaycanın müstəqilliyini qoruyub-saxlamaq üçün addımlar atsın. Azərbaycanın müstəqilliyinə xələl gətirən çıxışlar etməsin. Mən Azərbaycanın müstəqilliyinə səs verən adamam, istiqlalçı deputatam. Belə insanlar ümumiyyətlə Milli Məclisdə təmsil olunmamalıdır! Belələri Milli Məclisə layiq insanlar deyil! İkincisi də bəziləri elə fikirləşirsə ki, əyalətdən Bakıya gəlib, ordakı danışıq qabiliyyətini paytaxtda da, Milli Məclisdə də aparmaq olar. Ancaq Milli Məclis siyasi arenadır, burda bütün danışıqlara fikir vermək lazımdır. Çünki bütün beynəlxalq aləm Milli Məclisi izləyir. 

- Hüquq müdafiəçisi Leyla Yunusun azadlığa çıxması Azərbaycanı təhdid edən bəzi problemlərin həllini tapacağına ümid yaradıb. Milli barış və əfvlə bağlı siz nə demək istərdiniz? 

- Dövlət başçımız mütəmadi olaraq əfv fərmanları imzalayır. Leyla Yunusun məhkəmə zalından azadlığa buraxılması digər şəxslər barədə də humanist qərarların qəbul olunacağına inam yaradır. Heç kim istəməz ki, kimsə siyasi fikirlərinə görə azadlıqdan məhrum edilsin. Amma kim ki, ağır cinayət hadisələri törədib, əlbəttə, cinayət cəzasız qala bilməz. İndiki dövrdə ölkədə ümummilli barışa, anlaşmaya ehtiyac var. Biz nə qədər güclü, iqtisadi cəhətdən inkişaf etmiş dövlət olsaq da, Azərbaycanın müstəqilliyini qorumağımız üçün daxildə çox ciddi barışığa nail olmalıyıq.  Son vaxtlar prezidentin köməkçisi Əli Həsənovun atdığı addımlar, müxalifətlə müəyyən danışıqların getməsi müsbət hallardır, bu işlər davam etdirilməlisir. Məsələnin müsbət tərəfi budur ki, dövlət də ölkədə ciddi problemlərin yaranmaması üçün çalışır... 

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

“Polaroid” şirkəti bazara yeni məhsulları ilə qayıdır

17 Avqust 2017 19:53

Azərbaycan və ABŞ hərbi tibb mütəxəssislərinin görüşü keçirilib

17 Avqust 2017 19:52

Barselonada naməlum sürücü mikroavtobusu kütlənin üzərinə sürüb, xeyli sayda yaralı var

17 Avqust 2017 19:42

"ABŞ-la Çin arasında iqtisadi müharibə gedir -

17 Avqust 2017 19:38

Ekspert: "Həmsədrlər münaqişənin humanitar tərəflərinə daha çox diqqət yetirməlidirlər"

17 Avqust 2017 19:33

“Kopenhagen” klubunun “Qarabağ” komandasına qarşı şikayəti RƏDD EDİLDİ - RƏSMİ

17 Avqust 2017 19:23

"Azercell" 4G dəstəkli yeni smartfon kampaniyası keçirir

17 Avqust 2017 19:22

Terrorçular 20-dən çox polisi qətlə yetirdi

17 Avqust 2017 19:15

Ölkədə çılpaq çimərliklərin sayı durmadan artır

17 Avqust 2017 19:13

Göygöldə dəhşətli qətl - qadının başını kəsdilər

17 Avqust 2017 19:03

“Ona elə işgəncələr verdilər ki...” – Saakaşvili barədə ŞOK İTTİHAM

17 Avqust 2017 18:58

Cənubi Qafqaz Boru Kəmərinin gündəlik orta ötürücülüyü 6% artıb

17 Avqust 2017 18:57

Azərbaycanlı və erməni "vor-zakon"lar arasında miras davası - FOTOLAR

17 Avqust 2017 18:53

Göygöldə dəhşətli QƏTL: birinin başı kəsildi, o biri isə...

17 Avqust 2017 18:49

Dünyanın ilk mavi şərabı istehsal edildi

17 Avqust 2017 18:43

Ağsu rayonuna 5,8 milyon manat

17 Avqust 2017 18:32

Duzlu suya 220 volt enerji verilsə, nə baş verər?

17 Avqust 2017 18:30

Zaxarova: "Dağlıq Qarabağ məsələsi Rusiyanın xarici siyasət prioritetlərinə aiddir"

17 Avqust 2017 18:28

Mübariz Mənsimov övladları ilə Bodrumda - VİDEO

17 Avqust 2017 18:27

Göygöldə bir nəfərin başı kəsilərək bədənindən ayrılıb, daha birinə ağır xəsarətlər yetirilib

17 Avqust 2017 18:27

Bu səhvə görə 600-dan çox bal toplayıb qəbul olmadılar

17 Avqust 2017 18:25

Göygöldə 25 yaşlı qız sevgilisi ilə birlikdə atasını döyərək bıçaqlayıb

17 Avqust 2017 18:22

Ağdaşda yol qəzası baş verib, 3 nəfər xəsarət alıb

17 Avqust 2017 18:22

Boliviyanın xarici işlər naziri Azərbaycana gəlir

17 Avqust 2017 18:19

III Dünya müharibəsi bitdi: Putinin sevimli silahı və ABŞ-ın ikinci Perl-Harbor FACİƏSİ

17 Avqust 2017 18:18

"Barselona" yeni transferini rəsmən açıqladı: 40 milyon

17 Avqust 2017 18:17

BolqarıstanTürkiyə ilə sərhədə əsgər göndərir

17 Avqust 2017 18:12

Kosmosda əylənən astronavt: Meyvə şirəsi içmək istədi, amma... - VİDEO

17 Avqust 2017 18:08

Bölgə gəncləri üçün “Təlim məktəbi” layihəsinin ilk mərhələsi başa çatıb

17 Avqust 2017 18:07

"Azəravtoyol"a 5,8 milyon manat ayrıldı - SƏRƏNCAM

17 Avqust 2017 18:04

Sudan Prezidenti İlham Əliyevi təbrik edib

17 Avqust 2017 18:00

Bakıda bacı-qardaşı öldürən şəxs: "Anasının qışqırıq səsinə qızı evdən çıxdı"

17 Avqust 2017 17:57

Nazim İbrahimov yenidən Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti seçilib

17 Avqust 2017 17:57

Səngəçal terminalından 141 mln. bareldən artıq neft və kondensat ixrac edilib

17 Avqust 2017 17:57

Yüksək bal toplayan abituriyentlər niyə ali məktəbə qəbul olmadı? - AÇIQLAMA

17 Avqust 2017 17:54

Sudan prezidenti İlham Əliyevi təbrik etdi

17 Avqust 2017 17:53

FİFA 2017-ci ilin ən yaxşı baş məşqçisi adına namizədləri açıqlayıb

17 Avqust 2017 17:52

Sabaha olan məzənnə

17 Avqust 2017 17:50

MİT PKK-nın Suriya planını pozdu - FOTOLAR

17 Avqust 2017 17:48

Sudanın dövlət başçısı Azərbaycan Prezidentinə təbrik məktubu göndərib

17 Avqust 2017 17:42

"Salam taksi"də fırıldaqçılıq

17 Avqust 2017 17:40

Feysbukdan növbəti YENİLİK – FOTO

17 Avqust 2017 17:38

"Mavi itlər" küçələrə axışdı

17 Avqust 2017 17:38

Çaparlı-Kəndoba-Cəlayir avtomobil yolunun tikintisinə 5,8 milyon manat ayrılıb

17 Avqust 2017 17:37

“ASUS ZenFone 4” və “ZenFone 4 Pro” smartfonları rəsmən təqdim edilib

17 Avqust 2017 17:35

"Həmsədrlər prezidentlərin növbəti görüşünün təşkili üzərində işləyirlər"

17 Avqust 2017 17:34

Azərbaycan Beynəlxalq Bankının restrukturizasiya planını yerli məhkəmə təsdiqləyib

17 Avqust 2017 17:32

Müslüm Maqomayevin xatirəsi yad edilib

17 Avqust 2017 17:32

Quduz it 5 yaşlı körpəni dişləyib öldürdü - AZƏRBAYCANDA DƏHŞƏT

17 Avqust 2017 17:29

Ölülərin fotoşəkillərini evdə saxlamayın, YOXSA ...

17 Avqust 2017 17:28