Neftin və dolların qara günləri: yenə də ucuzlaşdı

Neftin və dolların qara günləri: yenə də ucuzlaşdı
08:12 11 Dekabr 2015
40 Digər
Ölkə mətbuatı
A- A+

Dünya birjalarında müşahidə olunan ucuzlaşma ilə neftin qiymətində düşüş davam edib. 

Milli.Az anspress-ə istinadən bildirir ki, birjaların satışlar üzrə hesabatına görə "Brent" markalı neftin qiyməti 39,61 dollar olub. Ötən gün isə 40,11 dollar idi.

"Texas" (WTI) markalı neftdə də ucuzlaşma qeydə alınıb. Birjaların verdiyi son məlumatlara görə, "Texas" markalı neftin qiyməti 36.61 dollar təşkil edib.

"AzəriLayt" markalı neftin bir barrelinin qiyməti isə 0,64 dollar ucuzlaşaraq 40,94 dollar təşkil edib.

Əmtəə birjalarında qızılın qiymətində də cüzi ucuzlaşma müşahidə olunub. Belə ki, qızılın qiyməti 1 qram üçün 34.45 dollar olub. Ötən gün isə 34,58 dollar idi. Gümüşün qiymətində isə demək olar ki, dəyişiklik olmayıb. Birjalarda gümüşün qiyməti 1 qram üçün 0.45 dollar müəyyənləşib.

Son günlər dolların məzənnəsində eniş avroda yüksəliş müşahidə olunur.Məzənnəsi aşağı düşən tək dollar deyil. Rusiya rublu da enib.

Mərkəzi bankın məlumatına görə, dünən 1 ABŞ dollarının qiyməti 1.0492 AZN təşkil edib. Avropa valyutasında isə bahalaşma müşahidə olunur. Avrozona valyutasının qiyməti, 1 euro üçün 1.1547 AZN olub. Rusiya valyutasında da cüzi enmə müşahidə olunub. Dünən 1 rublun qiyməti 0.0151 AZN olaraq müəyyənləşib.

Azərbaycan Mərkəzi Bankının ən son məlumatlarına görə ölkəmizdə xarici valyutaların məzənnəsi belədir: 

1 ABŞ dolları - 1.0492 AZN
1 Euro - 1.1547 AZN 
1 rus rublu - 0.0151 AZN
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/389388.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR