Rusiyada yoxsulların sayı 20,3 milyona çatdı

Rusiyada yoxsulların sayı 20,3 milyona çatdı
08:14 11 Dekabr 2015
28 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyada yoxsulluq həddində yaşayan əhalinin sayı 2015-ci ilin yanvar-sentyabr ayları ərzində ötən ilin müvafiq dövrü  ilə müqayisədə 2,3 mln nəfər artaraq 20,3 mln nəfərə çatıb.      

 

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Federal Statistika Xidmətinin (Rosstat) hesabatında bildirilir.  

 

Rusiyada qeyd olunan dövrdə yoxsulluğun səviyyəsi 14,1 faiz təşkil edib. Ötən il bu göstərici 12,6 faiz  olub.   

 

Rosstat-ın məlumatına görə, Rusiyada yoxsulluq səviyyəsinin göstəricisi mövsümi xarakter daşıyır. Belə ki, yoxsulluq səviyyəsinin maksimal göstəricisi birinci kvartala, minimal – dördüncü kvartala təsadüf edir ki, bu da ilin sonunda verilən mükafatlarla əlaqələndirilir.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224771

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR