Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Londonda fəaliyyət göstərən xarici diplomatların hökumətə 95 milyon funtsterlinqdən çox borcu var

Londonda fəaliyyət göstərən xarici diplomatların hökumətə 95 milyon funtsterlinqdən çox borcu var

Date: 11 December 2015 08:38


London, 11 dekabr, AZƏRTAC 
Londonda fəaliyyət göstərən xarici diplomatlar ölkənin “tıxac xərci” adlandırdığı qanun layihəsini ödəməkdən imtina edirlər. Paytaxta fəaliyyət göstərən diplomatik korpusların Britaniya hökumətinə ümumilikdə 95 milyon funtsterliqdən artıq borcu var.
“Tıxac xərci” qanun layihəsinə əsasən, Londonun mərkəzinə səyahət edən nəqliyyat vasitələri müəyyən miqdarda pul ödəməlidir. Diplomatik korpuslar isə bu xərcin xidmət haqqı deyil, vergi olduğunu hesab edir və Vyana Konvensiyasına əsasən diplomatik nümayəndəliklərin vergi ödəməkdən azad olduqlarını bildirirlər.
Britaniya Nəqliyyat Departamenti hökumətdən məsələnin Beynəlxalq Ədalət Məhkəməsində qaldırılmasını tələb edir.
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London

Tags:  Londonda fəaliyyət göstərən xarici diplomatların hökumətə 95 milyon funtsterlinqdən çox borcu var


RƏYLƏR


Top news