Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

İtkin düşən neftçilərin axtarışları hələlik nəticəsizdir

İtkin düşən neftçilərin axtarışları hələlik nəticəsizdir

Peruda güclü daşqın: xeyli sayda ölən və itkin düşən var (17 Mart 2017 02:48)
Bakıda itkin düşən məktəblinin meyiti tapıldı (16 Mart 2017 09:27)
İtkin düşən məktəblinin meyiti su kanalında tapıldı (16 Mart 2017 08:58)

Tarix: 11 Dekabr 2015 09:38

Bakı. Trend:

Dekbarın 4-də "Günəşli" yatağında baş vermiş qəza nəticəsində itkin düşmüş neftçilərin dünən aparılan axtarışları da bir nəticə verməyib. Xüsusi qərargahdan Trend-ə verilən məlumata görə, bu gün səhər saatlarından başlayaraq itkin düşmüş neftçilərin helikopter və gəmilərin köməyi ilə axtarışları yenidən bərpa edilib.

Qərargahdan qeyd ediblər ki, platformada hələ də davam edən yanğının söndürülməsi istiqamətində də işlər davam etdirilir.

Xatırladaq ki, dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılmış, boru kəməri zədələnmiş və yanğın baş vermişdir. Xilasetmə əməliyyatı nəticəsində 33 nəfər xilas edilib. Hazırda 23 nəfərin axtarışı davam etdirilir.

Bizi Twitter-dən izləyin: @trend_az


Teqlər:  İtkin düşən neftçilərin axtarışları hələlik nəticəsizdir



RƏYLƏR


Top xəbərlər