Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

DİQQƏT: Sabah Bakının bu küçələri bağlı olacaq

DİQQƏT: Sabah Bakının bu küçələri bağlı olacaq

Date: 11 December 2015 09:54

Sürücülərdən alternativ yollardan istifadə etmək xahiş olunur

Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar Bakının bəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. 

 

Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, dekabrın 12-də Heydər Əliyevin vəfatının 12-ci ildönümü münasibətilə paytaxtda keçiriləcək tədbirlərlə əlaqədar polis gücləndirilmiş iş rejimində çalışacaq. Mərasimə qatılacaq vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə sabah saat 07:00-dan başlayaraq ziyarət başa çatana qədər Fəxri xiyabandan Parlament prospekti istiqamətində bütün nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

 

Polisdən həmçinin bildirilib ki, M. Müşfiq küçəsi ilə H. Cavid prospektlərinin kəsişməsində, M.Müşfiq küçəsi ilə Mətbuat prospektinin kəsişməsində, M.Hüseyn küçəsi - Teleteatrın binası yanından, eyni zamanda Milli Məclisin arxasından Parlament prospekti istiqamətində nəqliyyatın hərəkəti məhdudlaşdırılaraq hərəkət istiqaməti dəyişdiriləcək. 

 

Sürücülərdən alternativ yollardan istifadə etməyi, ziyarətə gələnlərdən isə ictimai nəqliyyatdan istifadə etməyi xahiş olunur.


Tags:  DİQQƏT Sabah Bakının bu küçələri bağlı olacaq

RƏYLƏR


Top news