Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Azərbaycanda 27 yaşlı müəllimə özünü asdı

Azərbaycanda 27 yaşlı müəllimə özünü asdı

Date: 11 December 2015 10:11

Cəlilabadda intihar hadisəsi baş verib. 27 yaşlı qadın özünü asıb.

Cəlilabad Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, hadisə Cəlilabad şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb. Şəhər sakini, 1988-ci il təvəllüdlü Gülnar Telman qızı Babayeva özünü yaşadığı evin həyətindəki yarımtıkilidən iplə asıb. Onun asılmış meyitini ailə üzvləri aşkarlayaraq hüquq-mühafizə orqanları əməkdaşlarına məlumat veriblər. Meyit tibbi ekpertiza üçün məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyinin Cəlilabad rayon şöbəsinə aparılıb.

Hadisənin başvermə səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda cinayət məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Özünü asan qadın Cəlilabad rayon məktəblərindən birində müəllimə olub.

Dekabr ayının 3-də də Bakıda universitet müəllimi özünü asıb.

Paytaxtın Binəqədi rayonunda Azərbaycan Dövlət Texniki Universitetinin müəllimi, 1954-cü il təvəllüdlü Zeynalov Elimdar Gülmalı oğlu M.Rəsulzadə qəsəbəsində yerləşən evinin çardağında özünü asıb.

Hadisə yerində tapılan məktubda mərhumun xəstə olması səbəbindən intihar etdiyi məlum olub.
İlkin məlumata görə, mərhum intihardan bir müddət əvvəl ürəyindən əməliyyat olunub.

Tags:  Azərbaycanda 27 yaşlı müəllimə özünü asdı

RƏYLƏR


Top news