Nobel mükafatı verildi, qeyd olundu - FOTO

Nobel mükafatı verildi, qeyd olundu - FOTO
10:12 11 Dekabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+

Dünən İsveç və Norveçin paytaxtları Stokholm və Osloda Nobel mükafatlarının təqdimat mərasimləri keçirilib.

Stokholmda mükafatlar tibb, fiziologiya, kimya, fizika, ədəbiyyat və iqtisadiyyat sahələrində təqdim olunub. Osloda isə Nobel Sülh mükafatı verilib.

Milli.Az ABC-yə istinadən bildirir ki, ədəbiyyat sahəsində Nobel mükafatı belarus yazıçı Svetlana Aleksiyeviçə, fiziologiya və tibbdə - ABŞ-da yaşayan irland professor Uilyam Kempbellə, yapon Satoşi Omura və çilili Yuyu Tuya, fizikada - Artur Makdonald və Takaaki Kazitaya, kimyada - Tomas Lindal, Pol Modriç və Əziz Sknaara, iqtisadiyyatda - Enqust Distona verilib.

Nobel mükafatı laueratlarının hər biri 8 milyon İsveç frankı (953 min dollar) da alır.

Osloda isə Nobel Sülh mükafatı "Tunis Milli Dialoq Kvarteti"nə verilib.

Bu gün Oslodakı "Telenor Arena"da Nobel mükafatlarının sahiblərinin şərəfinə rok-konsert olacaq.

Stokholmda isə şəhər meriyasının binasında Nobel mükafatının laueratlarının şərəfinə təntənəli banket verilib. 2 min qonağın qatıldığı ziyafətdə İsveç kraliçası Silviya, varis şahzadə Viktoriya, şahzadələr Sofiya və Madlen də vardı.

Milli.Az











































Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/389396.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR