Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Romada "İtaliya-Azərbaycan: gələcəyə birlikdə" adlı tədbir keçirilib

Romada "İtaliya-Azərbaycan: gələcəyə birlikdə" adlı tədbir keçirilib

Romada 120-dən çox etirazçı saxlanıldı (25 Mart 2017 22:49)

Tarix: 11 Dekabr 2015 10:17

Roma. 11 dekabr. REPORT.AZ/ Romada "İtaliya-Azərbaycan: gələcəyə birlikdə" adlı tədbir keçirilib.
"Report"un məlumatına görə, Azərbaycanın İtaliyadakı səfirliyi tərəfindən təşkil edilən tədbirdə səfirliyin əməkdaşları, İtaliyada yaşayan azərbaycanlılar, İtaliya ictimaiyyətinin nümayəndələri iştirak edib.
Tədbirin əvvəlində Azərbaycan haqqında videoçarx təqdim olunub. O cümlədən Milandakı Expo-2015-də Azərbaycanın pavilyonu nümayiş etdirilib.
Tədbirdə çıxış edən Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov ikitərəfli münasibətlərin inkişaf perspektivləri barədə danışıb.
Ardından İtaliyanın bəzi ictimai xadimlərinə Azərbaycanla əlaqələrin inkişafına verdikləri töhfəyə görə təşəkkür fərmanları təqdim edilib. Mükafatlandırılanlar sırasında məşhur italyan müğənni Al Bano da var.





Teqlər:  Romada İtaliya-Azərbaycan gələcəyə birlikdə adlı tədbir keçirilib



RƏYLƏR


Top xəbərlər