Hacı Xanməmmədovun əsərlərindən ibarət konsert olacaq

10:18 11 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bu barədə "Report"a Milli Konservatoriyadan məlumat verilib.
Konsert proqramı dekabrın 29-da Milli Konservatoriyanın böyük zalında keçiriləcək.
Xatırladaq ki, xalq artisti, əməkdar incəsənət xadimi, "Şöhrət" ordeni laureatı Hacı Xanməmmədov 1918-ci ildə Dərbənd şəhərində anadan olub. 14 yaşında Bakıya gələn H.Xanməmmədovun Üzeyir bəy Hacıbəyli ilə tanışlığı onun gələcək taleyini müəyyənləşdirib.
H.Xanməmmədov "Azərbaycan eskizləri", "Bayram" süitaları, rəqslər "Simfoniyetta"da əsərləri ilə yanaşı həm də gözəl mahnılar müəllifidir. Onun 150-dən çox mahnısı görkəmli müğənnilərin repertuarında layiqli yer tutur. Bu mahnıların mətnini Aşıq Ələsgər, Mikayıl Müşfiq kimi görkəmli şairlərin şerləri təşkil edir. "Yaşa könül", "Arzuya bax, sevgilim", "Yadıma düşdü", "Gözünə qurban", "Güllü", "Ceyran", "Getmə, amandır", "Oxu, sevgilim" və s. mahnıları bu gün də, səslənir və sevilir.
Tanınmış bəstəkar 2005-ci il aprelin 7-də 87 yaşında vəfat edib. 

Xəbərin orijinal ünvanı: http://report.az/i-ncesenet/haci-xanmemmedovun-eserleri-seslendirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR