Ələt-Astara yolunda qəza: sürücülər xəstəxanalıq oldu

Ələt-Astara yolunda qəza: sürücülər xəstəxanalıq oldu
10:19 11 Dekabr 2015
28 Ölkə
Ölkə mətbuatı
A- A+

Ələt-Astara magistralında iki avtomobil toqquşub. Lent.az-ın məlumatına görə, yolun 161-ci kilometrliyində, Masallı rayonu ərazisində Hüseynov Fəxrəddin Kazım oğlunun idarə etdiyi "VAZ 21011" ilə Cabbarov Zakir Tağı oğlunun sürdüyü "VAZ 21063" toqquşub. Nəticədə hər iki avtomobil yararsız vəziyyətə düşüb və sürücülər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224775

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR