Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 3 dəfə azalıb

10:22 11 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri 158 ölkədəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 105 ölkəyə məhsul ixrac, 141 ölkədən isə idxal olunub. Ticarət dövriyyəsinin 9,4%-i MDB, 48,1%-i Avropa İttifaqı ölkələri, 42,5%-i isə digər dövlətlərin payına düşüb.

İxrac edilən məhsulların ümumi həcmində xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, şəkər, bitki yağları, heyvan mənşəli piylər və yağlar, plastik kütlə və ondan hazırlanan məmulatlar, kimya sənayesi məhsulları, alüminium və ondan hazırlanan məmulatların, idxal olunmuş məhsulların həcmində isə maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, qara metallar və onlardan hazırlanan məmulatlar, nəqliyyat vasitələri və onların hissələri, ərzaq məhsulları, tütün və tütün məmulatları, əczaçılıq məhsullarının xüsusi çəkisi üstünlük təşkil edib.
Hesabat dövründə qeyri-neft məhsullarının ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,7% artaraq 1324,9 mln. dollar təşkil edib.


Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/azerbaycanin-xarici-ticaret-dovriyyesinin-musbet-saldosu-3-defe-azalib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR