Azərbaycanda işləyən əcnəbilərin sayı artıb

Azərbaycanda işləyən əcnəbilərin sayı artıb
10:29 11 Dekabr 2015
24 Sosial
Ölkə mətbuatı
A- A+

Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı artıb.

 DSMF-nin mətbuat xidmətindən Lent.az-a daxil olan məlumata görə, bu ilin  dekabrın 1-i tarixinə olan statistikaya əsasən, cari ilin əvvəli ilə müqayisədə DSMF-nin fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 21,25 faiz artıb.

Noyabr ayı ərzində əlavə olaraq 350 nəfər əcnəbi vətəndaş qeydiyyata alınıb və nəticədə fərdi uçot sistemindəki əcnəbilərin sayı  27 322 nəfərə yüksəlib.  

Fondun verdiyi məlumatda bildirilir ki, dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan əcnəbilərin 88,02 faizini (24 048 nəfər) kişilər, 11,98 faizini (3 274 nəfər)  isə qadınlar təşkil edir.

Ümumilikdə 115 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında ən yüksək say göstəricisi Türkiyə vətəndaşları (13 665 nəfər) üzrə müşahidə olunur. Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə ikinci yerdə gələn Gürcüstan vətəndaşlarının sayı 2 982 nəfərə, üçüncü yerdə gələn Rusiya Federasiyasının vətəndaşlarının sayı isə 1 651 nəfərə çatıb.   

Sonrakı yerlərdə Hindistan (983), İran İslam Respublikası (969), Çin Xalq Respublikası (847), Birləşmiş Böyük Britaniya və Şimali İrlandiya Krallığı (561), Pakistan İslam Respublikası (537), Ukrayna (443), Banqladeş Xalq Respublikası (401), Özbəkistan (275), Almaniya Federativ Respublikası (252), Filippin Respublikası (239), ABŞ (237), Qazaxıstan Respublikası (218), Türkmənistan Respublikası (211), vətəndaşlığı olmayanlar (194), Koreya  (191)  və s. ölkələr qərarlaşıb.

Xatırladaq ki, 2006-cı il yanvarın 1-dən Azərbaycan mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması prosesi həyata keçirilməkdədir.

 

               

 

 

.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224777

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR