Casus kimi istifadə olunan heyvanlar - FOTO

Casus kimi istifadə olunan heyvanlar - FOTO
10:32 11 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Tarix boyunca ABŞ digər dövlətlərdən məlumat əldə etmək üçün heyvanlardan casus kimi istifadə edib. Bəs bu ağıllı heyvanlar hansılardır?

Milli.Az technote.az-a istinadən siyahını təqdim edir:

Delfinlər

ABŞ  əsgərləri tərəfindən xüsusi hazırlıq keçən delfinlərin gövdələrinə müxtəlif növ kameralar yerləşdirilir. Bu kameralar su altında keyfiyyətli çəkir. ABŞ bu delfinləri başqa ölkələrin sularına buraxaraq məlumat əldə edir.

Suitilər

Bu heyvanların əsas məqsədi dəniz altında olan cisimləri qısa bir zamanda dalğıclardan daha tez gətirməkdir.

Həşəratlar

Laboratoriya tərəfindən hazırlanan "kayborq insekts" proqramı daxilində böcəklər agent üstlükləri ilə təchiz olunur. Beləcə bu böcəklər ABŞ-ın ən yaxşı agentlərindən hesab olunur.

Arılar

Elm adamlarının araşdırması nəticəsində məlum olub ki, arılar güclü iybilmə qabiliyyətinə malikdirlər. Bunun nəticəsində bu arılar bomba yerlərinin təyin edilməsində istifadə olunur.

Pişiklər

Soyuq Müharibə dövründə dinləmə və təyin etmə məqsədilə öyrədilən pişiyə illər sürən təlimlər nəticəsində 20 milyon dollar sərf olunub. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/389407.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR