Bakıda hamilə qadın özünü binadan atdı

Bakıda hamilə qadın özünü binadan atdı
10:37 11 Dekabr 2015
215 Digər
Ölkə mətbuatı
A- A+

Paytaxtın Xətai rayon sakini, 18 yaşlı Xatirə Aşirova özünü yaşadığı binanın 4-cü mərtəbəsindən atıb.

Publika.az xəbər verir ki, hadisə dünən axşam saat 21 radələrində baş verib.

Onun intihar etməsinə səbəb kimi ailədaxili problemlərinin olması göstərilir.

Xatirə Aşirovanın yaxınları əməkdaşımıza bildiriblər ki, qadının həyat yoldaşı evə içkili gəlirmiş.

Hadisə baş verən gün o, əri ilə mübahisə edib.

Xatirə Aşirova 4 aylıq hamilə imiş. O, Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Qadının vəziyyəti ağırdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/389415.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR