​Türkiyə vətəndaşı olan 30 min tələbə Rusiyada universitetlərindən çıxarılır

10:37 11 Dekabr 2015
25 Dünya
Ölkə mətbuatı
A- A+

"Report" Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu haqda Rusiyada təhsil alan Türkiyə vətəndaşı olan tələbələr və Rusiyada işləyən təhsil üzrə mütəxəssislər öz ölkələrinin Təhsil Nazirliyi və Ali Təhsil Şurasına göndərdikləri şikayət məktubunda bildiriblər.
Məlumata görə, onlar Rusiyada təhsillə bağlı müxtəlif təzyiqlərlə qarşılaşdıqlarını yazıblar.
Universitetlərin rəhbərlikləri Türkiyə vətəndaşları olan tələbələrə məcburi şəkildə "təhsili öz istəyimlə buraxmaq istəyirəm" məzmunlu ərizə yazdırırlar.
İnformasiyaya əsasən, türk tələbələrin yaşadıqları yataqxanalarda polis gecələr itlərlə pasport yoxlaması keçirir. Bəzi universitetelərdə rusiyalı professorlar "türklərə dərs vermirik"- deyərək, dərsləri boykot edirlər.
Rusiyanın Voronej Texnologiya İnstitutunun rəhbərliyi türk tələbələrdən tələb edirlər ki, Rusiyada gedin.
Tələbələrin təhsil haqqını ödəməsinə, oxuduqları ali təhsil müəssisəsinin rəhbərliyi ilə uyğun müqavilə bağlamalarına baxmayaraq, onların vizalarının müddətini uzadılmır.
Türkiyə tərəfi tələbələrin təhsil müəssisələrindən müxtəlif bəhanələrlə çıxarılmasının qarşısını almaq istiqamətində fəaliyyət göstərildiyi bildirilib.

Xəbərin orijinal ünvanı: http://report.az/region/turkiye-vetendasi-olan-30-min-telebe-rusiyada-universitetlerden-cixarili

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR