Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Nardaranda Hüseyniyyə məscidi bağlandı

Nardaranda Hüseyniyyə məscidi bağlandı

Date: 11 December 2015 10:47

Nardaran qəsəbəsində yerləşən Rəhimə xanım ziyarətgahının Hüseyniyyə məscidi bağlanıb.

Bu barədə Trend-ə Nardaran sakinləri məlumat veriblər.

Sakinlər bildiriblər ki, Hüseyniyyə məscidi Nardaran ziyarətgahının axundu hacı Nuhbala Rəhimovun həbsindən sonra bağlanılıb. Məlumata görə, özünü "Müsəlman birliyi hərəkatı" adlandıran qurumun üzvləri bu məsciddə namaz qılırmışlar.

Xatırladaq ki, Nardarandakı Rəhimə xanım ziyarətgahının axundu hacı Nuhbala Rəhimov bir neçə gün öncə Nardaran hadisələrində təqsirli bilinərək Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq barəsində Sabunçu Rayon Məhkəməsinin qərarı ilə 12 sutkalıq həbs qəti imkan tədbiri seçilib.

Milli.Az


Tags:  Nardaranda Hüseyniyyə məscidi bağlandı


RƏYLƏR


Top news