Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Tolik, səndə də üz gördük”

“Tolik, səndə də üz gördük”

Date: 11 December 2015 10:51

Prodüser Tarix Əliyev (Tolik) “Xeyrə qarşı” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, o, müğənnilərin son vaxtlar vergi ödəməmək üçün getdikləri toyları dandığını deyib:

“İndi Nadir Qafarzadə də özünə “Əjdaha” demir. Artıq heç kim özünü “toylar kralı” adlandırmır. Kral və kraliça ifadələri yığışdırılır. Vergi söhbətləri artıb deyə, müğənnilər toylarını danır. Toy adı gələn kimi, başlayırlar ki, “Nə toy? Toy nə gəzir. Bütün günü evdəyik, toy yoxdur”.
 
Tolik müğənni Natavan Həbibi ilə barışığından bəhs edib:

“Natavanla bizim müharibəmiz virtual olub. Üz-üzə görüşüb, dalaşmamışıq. İnstaqramı çıxaranın atasına lənət, məni məhkəməyə qədər apardı. Çünki bütün sözümüzü İnstaqramda yazırdıq. İstəmirəm ki, desinlər ki, “Tolik, səndə də üz gördük”. Bu şou-biznesdə elə üzlər gördüm ki, mən onların yanında toya getməliyəm”.

Tags:  Tolik səndə üz gördük

RƏYLƏR


Top news