Gəncə və Şəkidə daşınmaz əmlakın qeydiyyatı işinin 50%-i yerinə yetirilib

10:52 11 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Nəticədə, daşınmaz əmlakın qeydiyyatı sadələşəcək və torpaqlardan istifadəyə mane olan problemlər aradan qaldırılacaq. Beləliklə, icrasına 2013-cü ilin oktyabrından başlanılan Layihənin (255 min hektar ərazini əhatə edir) 2016-cı ilin yayında yekunlaşdırılması nəzərdə tutulur.
Layihə Almaniyanın KfW Bankının maliyyə dəstəyi, alman şirkəti tərəfindən həyata keçirilir. Layihə çərçivəsində ümumilikdə 155-160 min daşınmaz əmlakın kadastrı hazırlanacaq.
Qeyd edilib ki, layihə ərazisi işlərin görülməsi üçün şərti olaraq hissələrə – lotlara bölünüb. İndiyədək 22 lotun 11-i və ya layihə işinin 50%-i başa çatıb. 131 mindən artıq torpaq sahəsi, 6 600-dən artıq obyekt (ümumilikdə 115 min ha) artıq ölçülüb, yoxlanılıb və məlumat bazasında saxlanılıb. 3 lotun ölçmə işləri başa çatıb, son yoxlama işləri başa çatdırılıb təhvil vermə ərəfəsindədir. Daha 5 lotun üzərində isə iş gedir. Geridə qalan 4 lot üzrə tender proseduru Layihə planlamasına əsasən başlayıb.
Hazırda Gəncə şəhərində ölçmə işləri şəhərin mərkəzində - Nizami prospekti, Şeyx Bahəddin, Səbuhi Xasayev, Veteranlar, Hüseyn Cavid, Qənbər Hüseynli küçələri, Gəncə şəhər İcra Hakimiyyətinin ətrafındakı ərazilərdə, eləcə də Yeni Gəncə ərazisi və Şəhər Dəmiryol Vağzalının ətrafında aparılır.
Şəkidə isə ölçmə işləri rayonun Cəfərabad, Göybulaq, Təpəcənnət, Çolaqlı, Kəhrizoba, Böyük Dəhnə, Kiçik Dəhnə, İbrahimkənd, Fazıl, Aydınbulaq, Əliyar, Aşağı Daşağıl və Baş Küncüt kəndlərində aparılır.


Xəbərin orijinal ünvanı: http://report.az/i-nfrastruktur/gence-ve-sekide-dasinmaz-emlakin-qeydiyyati-isinin-50-i-yerine-yetirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR