Avroliqada püşk üçün səbətlər müəyyənləşdi

Avroliqada püşk üçün səbətlər müəyyənləşdi
10:57 11 Dekabr 2015
24 İdman
Ölkə mətbuatı
A- A+

Avropa Liqasında 1/16 final mərhələsinə vəsiqə qazanan bütün komandalar müəyyənləşib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, 32 komandadan 24-ü Avroliqanın qrup mərhələsində ilk 2 yeri tutanlar olub.

Daha 8 klub isə Çempionlar Liqasında öz qruplarını 3-cü yerdə başa vuranlardır.

Artıq dekabrın 14-də keçiriləcək püşkatma mərasimi üçün səbətlərin tərkibi də müəyyənləşib:

Səpələnmişlər: "Bayer (Almaniya), "Mançester Yunayted" (İngiltərə), "Olimpiakos" (Yunanıstan), "Portu" (Portuqaliya), "Atletik" (İspaniya), "Bazel" (İsveçrə), "Braqa" (Portuqaliya), "Krasnodar" (Rusiya), "Latsio" (İtaliya), "Liverpul" (İngiltərə), "Lokomotiv" (Rusiya), "Mölde" (Norveç), "Napoli" (İtaliya), "Rapid" (Vyana, Avstriya), "Tottenhem" (İngiltərə), "Şalke" (Almaniya)

Səpələnməmişlər: "Valensiya" (İspaniya), "Qalatasaray" (Türkiyə), "Sevilya" (İspaniya), "Şaxtyor" (Ukrayna), "Anderlext" (Belçika), "Auqsburq" (Almaniya), "Borussiya" (Dortmund, Almaniya), "Vilyarreal" (İspaniya), "Marsel" (Fransa), "Midtyulland" (Danimarka), "Sent-Etyen" (Fransa), "Sparta" (Praqa, Çexiya), "Sportinq" (Portuqaliya), "Syon" (İsveçrə), "Fənərbağça" (Türkiyə), "Fiorentina" (İtaliya)

Qeyd edək ki, püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da başlanacaq.

Püşk nəticəsində 16 cütlük formalaşacaq. UEFA qaydalarına əsasən, eyni ölkənin 2 təmsilçisi və qrupda birgə çıxış etmiş komandalar 1/16 finalda bir-birinə rəqib ola bilməz. Eyni zamanda, UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, Rusiya və Ukrayna komandaları bir-birinə rəqib ola bilməyəcək.
1/16 final mərasiminin oyunları 2016-cı il fevralın 18-də və 25-də baş tutacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/389429.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR