Elektron xidmətlərinə ən çox müraciət edilən qurum Rabitə və Yüksək Texnologiyalar Nazirliyi olub

Elektron xidmətlərinə ən çox müraciət edilən qurum Rabitə və Yüksək Texnologiyalar Nazirliyi olub
10:58 11 Dekabr 2015
34 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 dekabr, AZƏRTAC
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) noyabr ayında elektron xidmətlərindən istifadə sayına görə bütün dövlət qurumları arasında birinci yerdə qərarlaşıb. Bu, Məlumat Hesablama Mərkəzinin apardığı növbəti statistika nəticəsində məlum olub.
Nazirlikdən AZƏRTAC- bildirilib ki, bir ay ərzində nazirliyin “Elektron hökumət” portalındakı e-xidmətlərinə 345 min 021 dəfə müraciət edilib.
RYTN-in ən çox istifadə olunan e-xidmətləri “Telefon nömrəsi üzrə axtarış”, “Mobil nömrə daşınması xidməti vasitəsilə digər şəbəkəyə daşınmış nömrələr barədə məlumatın verilməsi”, “Mobil cihazların qeydiyyatdan keçirilməsi”, “Mobil cihazların İMEİ qeydiyyatının yoxlanılması” və “Rabitə və kommunal xidmət haqlarının internet vasitəsilə ödənilməsi” xidmətləri olub.
Qeyd edək ki, portal üzərindən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 36 elektron xidmətindən yararlanmaq mümkündür.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Elektron_xidmetlerine_en_chox_muraciet_edilen_qurum_Rabite_ve_Yuksek_Texnologiyalar_Nazirliyi_olub-910254

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR