İnternetlə satılan şirniyyatlar - nə qədər etibar etmək olar?

İnternetlə satılan şirniyyatlar - nə qədər etibar etmək olar?
11:02 11 Dekabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 11 dekabr. REPORT.AZ/ Bütün dünyada olduğu kimi Azərbaycanda da hər il müştərilərin və elektron ticarət dövriyyəsinin həcmi artır. Bu səbəbdən də onlayn sifariş verərkən sifariş verilən e-mağazanın etibarlı olması vacib şərtlərdən biridir. Mütəmadi olaraq qaldırılan məsələlərdən biri də e-ticarətlə məşğul olanların vergi ödənişlərindən yayınmasıdır.
"Report" ev şəraitində bişirilən qida məhsullarının, xüsusən şirniyyatların onlayn ticarət fəaliyyətini, həmçinin bu məsələnin qanunla necə tənzimlənməsini araşdırıb.
Onlayn fəaliyyət göstərən əksər saytlarla əlaqə saxlayarkən dövlət qeydiyyatı və sertifikatla maraqlanan ilk müştəri olduğumuzu bildirdilər. Bu da bir tərəfdən istehlakçıların öz hüquqlarını tələb etməmələrinin sübutudur. Digər tərəfdən isə evdə qida məhsulları bişirən şəxslər öz bişirdiklərindən kiminsə zəhərlənməsinin mümkün olmadığını bildiriblər. Bu isə təbii ki, sadəcə ehtimaldır.




Azərbaycan Kulinariya Mərkəzinin prezidenti Tahir Əmiraslanov "Report"a bildirib ki, heç kimin sosial şəbəkələr vasitəsilə qida məhsulları, şirniyyatlar, dietik yeməklər bişirib satmağa ixtiyarı yoxdur: "Bu işlə yalnız baza təhsili olan adamlar məşğul ola bilərlər. Mağaza və obyekti olmayan, dövlətə vergi ödəməyən, sertifikatları olmayan şəxslər qeyri-qanuni qida biznesi ilə məşğul ola bilməzlər. Evdə bişirilib satılan qidalara etibar eləmək olmaz. Bilinməyən şəraitdə bişən ərzaq məhsulunu yeyən şəxs zəhərlənsə, sağlamlığında fəsad yaratsa və yaxud ölüm hadisəsi olsa vətəndaş kimi məhkəməyə verəcək?! Çünki bu şəxslər qeyri-qanuni işlə məşğuldurlar və dövlət bunun məsuliyyətini daşımır".
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat katibi Fazil Talıblı isə bildirib ki, onlayn satış nəticəsində

baş verən problemlərlə mübarizədə bəzən çətinliklər yarana bilər: "Bu səbəbdən də istehlakçıların özləri mübarizə metodunu düşünməlidirlər və bilmədikləri, görmədikləri yerdən qida məhsulları almamalıdırlar. Online qida məhsulları alan istehlakçının məsuliyyət öz üzərinə düşür".
Onun sözlərinə görə, onlayn satışın nəticəsində xoşagəlməz halların baş verməsinin səbəblərindən biri də istehlakçıya bununla bağlı sənədin, qəbzin təqdim olunmamasıdır: "Yəni məhsul alarkən mütləq onun qəbzini əldə etmək lazımdır, ancaq onlayn qida mehsulu alarkən bu mümkün olmur". 






Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev bildirib ki, evdə qida bişirib satmağa heç kimin ixtiyarı yoxdur: "Yalnız sahibkarlıq subyektində sahibkar bu işi görə bilər. Qanunvericilikdə sahibkar kimdir, hansı səlahiyyətləri, məsuliyyətləri var və necə fəaliyyət göstərə bilər kimi bütün məlumatlar var. Həmçinin yeyinti məhsulları haqqında qanun var ki, burda yeyinti məhsulları, iaşə xidməti göstərən və ticarətlə məşğul olanlar hansı sanitar normaları yerinə yetirməlidir kimi məlumatların hamısı öz əksini tapır. Evdə hazırlanan yeməyin satışa çıxarılması həm sahibkarlıq, həm də gigiyena baxımından qanuna ziddir".
Şöbə müdirinin sözlərinə görə, evdə ticarətlə məşğul olan, vergi ödəmədən fəaliyyət göstərən şəxslər qanunsuz sahibkarlıqla məşğul olur: "Bu kimi hallar aşkarlanarsa vergi orqanları qanunsuz fəaliyyət göstərdiyinə görə onları cəzalandırmalıdır. Əgər gigiyena qaydalarının pozulması ilə bağlı məlumat daxil olar və təsdiqini taparsa, həmin adam məsuliyyət daşıyır. Eyni zamanda hər hansı bir market, iaşə xidmətinin sahibkarı evdə hazırlanan bir qidanı obyektində satışa qoyursa o da qanunla məsuliyyət daşıyır. Bu qanunsuz sahibkarlıqdır. Çünki istehsalat prosesində işçilər tibbi müayinədən keçir, orada istifadə olunan məişət əşyaları yalnız həmin məsələ üçün istifadə olunur".
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz onlayn saytların kimlərin aça bilməsi məsələsinə aydınlıq gətirərkən

bildirib ki, istənilən adam internetdə özünə sayt aça bilər: "Əgər şəxsin məhsulu, malı varsa və bunu internet üzərindən satışını həyata keçirmək istəyirsə bu hal sərbəstdir. Bununla bağlı mütəxəssisə müraciət olunur və həmin şəxsin istəklərinə uyğun olaraq internet mağaza, sayt açılır. Təbii ki, saytda həm birbaşa ödəniş imkanı qoyula bilər (yəni vətəndaş malı seçərək kredit kartı ilə ödəniş edir, bununla bağlı istehlakçıya mesaj gəlir), digər variant isə yerində ödəniş etməkdir. Təbii ki, internetdə sayt açmağın da qaydaları var. Real dünyada mağaza necə açılırsa, virtualda da eynidir, belə ki, şəxsin "vöen"-i olmalıdır. Buna uyğun olaraq virtualda olan ödənişlərə uyğun vergi verilməlidir".






Vergilər Nazirliyindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, onlayn alqı-satqılar elektron ticarətin bir növüdür: "Burada geyim satan mağazalardan, fərdi şəxslərdən tutmuş, siz qeyd etdiyiniz, fərdi qaydada tort, şirniyyat məhsulları satanlar da fəaliyyət göstərir. Mövcud qanunvericilik ümumi qaydada vergitutmanı tənzimləsə də (gəlir əldə edən hər bir şəxs vergi qeydiyyatına durub, əldə etdiyi gəlirdən bəyannamə verərək vergi ödəməlidir), bu sahənin əsaslı şəkildə vergiyə cəlb edilməsində çətinliklər mövcuddur. Bu sahədə mövcud vəziyyəti tənzimləmək üçün Vergilər Nazirliyinin "Elektron ticarət haqqında" qanun layihəsi hazırdır. Hesab edirik ki, qanun qüvvəyə mindikdən sonra bu sahənin inkişafına əhəmiyyətli təkan verəcək".
Nazirlikdən bildirilib ki, elektron ticarətin vergiyə cəlb edilməsi o qədər də çətin məsələ deyil: "Verginin tətbiq edilməsinin elektron ticarətin inkişafını ləngidəcəyi barədə deyilənlər doğru deyil. Uzunmüddətli vergi azadolmaları inkişafı təmin edə bilməz. İnkişafı təmin etmək üçün şəffaf, qanuni şərait yaradılmalıdır. Biz hesab edirik ki, vergiyə cəlb olunan sahibkarın gəliridir. Hansı şəkildə əldə olunmasından asılı olmayaraq, gəlir vergiyə cəlb olunmalıdır".
Azərbaycanda ilk dietik ve diabetik şirniyyat satan mağaza olan "Sweet diet"in direktoru Kəmalə Ələkbərova "Report"a bildirib ki, 4 ildir

fəaliyyət göstərən dükan dövlət qeydiyyatından keçib: "Həmçinin Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzi mağazanı yoxlayıb və uyğunluq sertifikatı verib. "sweetdiet.com" saytı vasitəsi ilə satılan bütün məhsullar tamamilə dietikdir. Yəni yağsız, unsuz və şəkərsiz. Onların əvəzinə şəkər əvəzedici, pəhriz məhsulları və yulaf kəpəyi istifadə olunur".
Təəssüf ki, araşdırma zamanı sorğu aparılan digər internet mağazaların qanunvericilik tələblərindən xəbərdar olmadıqları aşkarlandı:






RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Tbilisi "Dinamo"su Qəbələyə gəlib

19 Avqust 2017 15:37

Əmisi tərəfindən zorlanan 10 yaşlı qız

19 Avqust 2017 15:34

"Şüvəlan" qələbə qazandı

19 Avqust 2017 15:27

Alman siyasətçi: “Rusiya heç vaxt bunu etməyəcək”

19 Avqust 2017 15:23

Göygöldə “Çiçəkli” Su Elektrik Stansiyası əsaslı yenidənqurmadan sonra istismara verilib

19 Avqust 2017 15:22

Azərbaycanlı şairin həyat yoldaşını quduz it dişlədi

19 Avqust 2017 15:19

İnsan başlı, heyvan bədənli məxluq

19 Avqust 2017 15:19

Tiflis “Dinamo”su Qəbələdə

19 Avqust 2017 15:17

Xarici dil öyrənmək istəyənlərə 10 QIZIL TÖVSİYƏ

19 Avqust 2017 15:13

Göygöldə əsaslı şəkildə yenidən qurulan 4 saylı körpələr evi-uşaq bağçasının açılışı olub

19 Avqust 2017 15:12

ABŞ-da silahlı insident

19 Avqust 2017 15:11

Deputat Sabirabadda atasına heykəl qoydurub

19 Avqust 2017 15:09

Türkiyədə güclü yanğın

19 Avqust 2017 15:07

Prezident Göygöldədir

19 Avqust 2017 15:03

Vladimir Putinə Rusiya paytaxtını dəyişmək təklif edilib

19 Avqust 2017 15:02

Azərbaycan Prezidenti Göygöldəki Qələbə parkında yaradılan şəraitlə tanış olub

19 Avqust 2017 15:02

Prezident Göygöldə

19 Avqust 2017 14:59

Suyun içindəki adamın üstünə atılan aslanın görüntüləri rekord qırdı - VİDEO

19 Avqust 2017 14:58

Prezident İlham Əliyev Göygöl rayonuna səfər edib

19 Avqust 2017 14:57

"Qarabağ" “İnter”ə, “Neftçi” debütanta qarşı - YENİLƏNİR

19 Avqust 2017 14:57

Məktəb rəhbərlərinin diaqnostik qiymətləndirilməsi aparılır

19 Avqust 2017 14:48

Surqutda bıçaqla əhaliyə hücum edənin kimliyi müəyyənləşib

19 Avqust 2017 14:47

Ad gününə bir gün qalmış öldü

19 Avqust 2017 14:42

Rusiyada silahlı HÜCUM: 8 yaralı – VİDEO

19 Avqust 2017 14:38

Azərbaycan kimya məhsullarının ixracından gəlirini 30% artırıb

19 Avqust 2017 14:37

Prezident "Azərsu"ya 11,8 milyon manat ayırdı - Sərəncam

19 Avqust 2017 14:34

Rusiyada bıçaqlı hücum

19 Avqust 2017 14:34

Təbii daşlar haqda bilmədiklərimiz

19 Avqust 2017 14:30

Öldürülmüş körpələrin QANINI İÇƏN qadın - VERSAL SARAYININ dəhşətləri

19 Avqust 2017 14:28

Salyanda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına 11,8 milyon manat ayrılıb

19 Avqust 2017 14:27

Norveç millisi Azərbaycan yığması ilə görüşə futbolçu itkisi ilə çıxacaq

19 Avqust 2017 14:22

Salyana 11.8 milyon manat vəsait ayrıldı

19 Avqust 2017 14:20

Bakıda 350 sürücü cərimələndi - REYD

19 Avqust 2017 14:19

Milli Məclisin deputatı: "Atamın heykəli sovet dövründə qoyulub, qızıl suyuna da salınmayıb"

19 Avqust 2017 14:17

Səs gücləndiriciyə 500 voltluq elektrik verilərsə, nə baş verər?

19 Avqust 2017 14:13

DYP paytaxtda reyd keçirib, 350-dən artıq sürücü cərimələnib

19 Avqust 2017 14:02

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılır

19 Avqust 2017 14:02

Binəqədidə minik avtomobili yanıb

19 Avqust 2017 14:01

Bermud üçbucağının sirri

19 Avqust 2017 13:49

Kənan İmirzalıoğlu həyat yoldaşının yanlarına ŞAPALAQ VURDU – FOTO

19 Avqust 2017 13:48

"Yuventus"un 18 milyonluq ulduzu "Qalatasaray"da

19 Avqust 2017 13:47

ABŞ-da atışma olub, bir polis zabiti ölüb, biri yaralanıb

19 Avqust 2017 13:42

"Kopenhagen”dən Azərbaycana qadağa

19 Avqust 2017 13:37

Xırdalanda orta məktəb qarət olundu

19 Avqust 2017 13:37

2025-ci ilə qədər... - Moskvadan İrəvana ZƏRBƏ

19 Avqust 2017 13:28

Rusiyada naməlum şəxs insanlara bıçaqla hücum edib, 8 nəfər yaralanıb

19 Avqust 2017 13:27

“BakuBus” təkər almaq istəyir

19 Avqust 2017 13:27

İstirahət gününün havası

19 Avqust 2017 13:25

Finlandiyada Turku şəhərindəki bıçaqlı hücumla əlaqədar daha 5 nəfər saxlanılıb

19 Avqust 2017 13:22

Qərəzli yazı və ya şüşəsi 10 000 avroya “qalxan” fransız şərabı

19 Avqust 2017 13:22