Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

“Peşəkar Sığortaçı Sertifikasiya” imtahanına qeydiyyat başlanıldı

“Peşəkar Sığortaçı Sertifikasiya” imtahanına qeydiyyat başlanıldı

Date: 11 December 2015 11:03

Bakı. Trend:

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin dəstəyi ilə, Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) və Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) tərəfindən hazırlanmış Peşəkar Sığortaçı Sertifikasiya (PSS) proqramı üzrə ilk imtahanın (Sığorta İşinin Prinsipləri) keçirilməsi 20 dekabr 2015-ci il tarixinə təyin edilib.

ASA-dan Trend-ə verilən məlumata görə, imtahan 3 imtahan mərkəzində eyni vaxtda və müddətdə keçiriləcək.

İmtahan üçün qeydiyyat ARPA veb-səhifəsi vasitəsilə bilavasitə namizədlər tərəfindən fərdi şəkildə həyata keçirilməlidir. Qeydiyyat prosesi 7 – 18 dekabr 2015-ci il tarixləri ərzində baş tutacaq.

ARPA-nın rəsmi veb səhifəsinə (http://arpa.org.az/pss-sertifikasiyasi/) müraciət etməklə imtahan proqramı, qaydaları, qiyməti və tarixləri haqqında ətraflı məlumat əldə etmək olar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Peşəkar Sığortaçı Sertifikasiya imtahanına qeydiyyat başlanıldı

RƏYLƏR


Top news