“Peşəkar Sığortaçı Sertifikasiya” imtahanına qeydiyyat başlanılıb

“Peşəkar Sığortaçı Sertifikasiya” imtahanına qeydiyyat başlanılıb
11:08 11 Dekabr 2015
14 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 dekabr, AZƏRTAC
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin dəstəyi ilə, Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) və Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) tərəfindən hazırlanmış Peşəkar Sığortaçı Sertifikasiya (PSS) proqramı üzrə ilk imtahanın (Sığorta İşinin Prinsipləri) keçirilməsi dekabrın 20-ə təyin edilib.
ASA-dan AZƏRTAC-a bildirilib ki, imtahan üçün qeydiyyat Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) veb-səhifəsi vasitəsilə bilavasitə namizədlər tərəfindən fərdi şəkildə həyata keçirilməlidir. Qeydiyyat prosesi dekabrın 7-dən 18-dək aparılır.
Ətraflı məlumatı ARPA-nın rəsmi veb səhifəsindən (http://arpa.org.az/pss-sertifikasiyasi/) əldə etmək olar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Pesekar_Sigortachi_Sertifikasiya_imtahanina_qeydiyyat_baslanilib-910260

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR