Neftin qiymətinin ucuzlaşmasına baxmayaraq OPEC hasilatı artırır

Neftin qiymətinin ucuzlaşmasına baxmayaraq OPEC hasilatı artırır
11:09 11 Dekabr 2015
18 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 dekabr, Nihad Budaqov, AZƏRTAC
Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) rekord səviyyədə ucuzlaşan neftin qiymətlərinə baxmayaraq hasilatı artırmaqda davam etdirir.
AZƏRTAC xəbər verir ki, təşkilatın sonuncu hesabatında OPEC üzvlərinin xam neft hasilatının noyabrda gündəlik 230 min barrel artaraq 31 milyon 700 min barrel olduğu göstərilir. Bu miqdar 2012-ci ilin aprelindən bu vaxtadək ən yüksək rəqəmdir. Bundan başqa, OPEC üzvlərinin mövcud istehsal səviyyəsi bazarlarda gələn il üçün nəzərdə tutulan tələbatdan hələ də gündəlik 900 min barrel çoxdur.
Qlobal neft hasilatında payı 33,2 faizə çatan OPEC-in keçən həftə keçirilən yığıncağında istehsalda dəyişiklik etməməsinin nəticəsində “Brent” neftinin bir barelinin qiyməti son 7 ilin ən aşağı səviyyəsinə düşüb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Neftin_qiymetinin_ucuzlasmasina_baxmayaraq_OPEC_hasilati_artirir-910257

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR