Göyçaydakı cinayətin inanılmaz "açar"ı - TƏFƏRRÜAT

Göyçaydakı cinayətin inanılmaz "açar"ı - TƏFƏRRÜAT
11:13 11 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+

Göyçay rayonunda soyğunçuluq məqsədilə mənzilə basqın edən maskalı şəxslərdən sonuncusu da tutulub.  

APA-nın xəbərinə görə, polis əməkdaşları hadisəni törədən 4 nəfərdən daha birini - Tərtər rayon sakini, 1985-ci il təvəllüdlü Əliyev Emin Xaliq oğlunu saxlayıblar.

Eyni zamanda basqın edilən evin sahibi Fərzəli Hacıyevin qızının - 1976-cı il təvəllüdlü Samirə Rəcəbovanın maskalı şəxslərlə əlbir olduğu, onların evə daxil olmalarına şərait yaratdığı məlum olub. Göyçay şəhərinin Vaqif küçəsində qeydiyyatda olan, Bakı şəhərində yaşayan Rəcəbova Samirə Fərzalı qızı ötən gecə tutularaq Göyçay Rayon Polis Şöbəsinin istintaq bölməsinə təhvil verilib.

Qeyd edək ki, dekabrın 1-də gündüz saat 11:00 radələrində Göyçay şəhərinin Vaqif küçəsində, 1952-ci il təvəllüdlü rayon sakini Hacıyev Fərzəli Məhəmməd oğlunun yaşadığı 45 saylı evə əllərində bıçaq olan dörd nəfər maskalı şəxs basqın edib.

Naməlum şəxslər Fərzəli Hacıyevi, onun həyat yoldaşı 1958-ci il təvəllüdlü Rəxşəndə Hacıyevanı və oğlu, 1995-ci il təvəllüdlü Fərhad Hacıyevi döyərək onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər. Onlar evdəki qızıl əşyaları və pulları götürərək qaçıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları dərhal hadisə yerinə baxış keçiriblər və maskalı şəxslərin tutularaq istintaqa təhvil verilməsi üçün əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Polis əməkdaşları hadisəni törədən dəstənin iki üzvünü Bakının Xətai rayonu, NZS qəsəbə sakini, 1989-cu il təvəllüdlü İsmayılov Orxan İsrayıl oğlu və İmişli şəhər sakini 1990-cı il təvəllüdlü Mehdiyev Səxavət Bakir oğlunu dekabrın 1-də gecə saatlarında Bakı şəhərində saxlayıblar.

Sonradan isə Ağcabədi rayon sakini 1966-cı il təvəllüdlü Azadov Ədalət Azad oğlu tutulub. O, dekabrın 7-də DİN-in Təhlükəsiz Şəhər Xidməti əməkdaşları tərəfindən paytaxtın Nərimanov rayonu ərazisində "Mercedes" markalı avtomobili idarə edərkən müəyyən edilib. Görülmüş tədbirlər nəticəsində Ə. Azadov saxlanılaraq Göyçay Rayon Polis Şöbəsinə təhvil verilib. Avtomobilə baxış zamanı 8,5 qram marixuana da aşkar edilərək götürülüb.

Hazırda istintaq tədbirləri davam edir.

Xatırladaq ki, evə basqın zamanı xəsarət alan ailə üzləri Göyçay Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilmişdilər.

Qeyd edək ki, Fərzalı Hacıyevin uzun müddətdir ki, rayonda dəri alveri ilə məşğul olduğu bildirilir. Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/389419.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR