Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Yeddi televiziya kanalının verilişlərində ədəbi dil normalarının pozulma faktları aşkarlanıb

Yeddi televiziya kanalının verilişlərində ədəbi dil normalarının pozulma faktları aşkarlanıb

Date: 11 December 2015 11:13

Bakı. 11 dekabr. REPORT.AZ/ Bu gün Milli Televiziya və Radio Şurası (MTRŞ) və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun “Azərbaycan teleradio məkanında ədəbi dilin qorunması” adlı birgə layihəsi əsasında televiziya kanallarında apardığı monitorinqin nəticələri açıqlanıb. “Report” xəbər verir ki, monitorinqlər Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi, “Elektron Mediaya Yardım Fondu”nun “Azərbaycanın teleradio məkanında ədəbi dilin qorunması” layihəsi əsasında baş tutub.
Monitorinqin məqsədi milli telekanallarda yayımlanan verilişlərin dil mənzərəsi ilə bağlı vəziyyəti müəyyənləşdirmək, ədəbi dil normalarının pozulma hallarını aşkarlayaraq bu prosesin hansı istiqamətləri əhatə etdiyini, səciyyəvi norma pozuntularını, onların meydana gəlməsinə səbəb olan amilləri müəyyən edərək qarşısının alınması üçün tədbirlərlə bağlı təkliflərin irəli sürülməsidir.
Monitorinq nəticəsində məlum olub ki, ədəbi dil normaları dilin bütün səviyyələrində pozulur.
Sentyabr-oktyabr aylarını əhatə edən monitorinq zamanı milli telekanallarda yayımlanan verilişlərin dili monitorinqə cəlb olunub.
Yeddi televiziya kanalında - İctimai TV, “Xəzər” TV, ANS TV, ATV, “Space” TV, “Lider” TV və “Region” TV-də yayımlanan verilişlər izlənilərək ədəbi dil normalarının pozulma faktları aşkarlanıb.
Monitorinq zamanı təhlilə cəlb olunan və ədəbi dil normasının pozulmasını əks etdirən 831 faktdan 425-i fonoloji, 208-i leksik, 170-i qrammatik, 28-i üslubi səviyyədə normadan kənara çıxma hallarının göstəricisidir.
Monitorinq çərçivəsində bir sıra təkliflər də hazırlanıb. Qeyd olunub ki, aparıcılar, xüsusilə, xəbər aparıcıları nitqin sürətinə diqqət yetirməlidir.
“Aparıcılar nitq mədəniyyəti, xüsusilə düzgün tələffüz qaydalarını mənimsənilməsi ilə bağlı nəzəri-praktik treninqlərdə iştirak etməlidir”, - bildirilib.

Tags:  Yeddi televiziya kanalının verilişlərində ədəbi dil normalarının pozulma faktları aşkarlanıb

RƏYLƏR


Top news