​Bu gün Azərbaycan Premyer Liqasında XVI turun ilk oyunları keçiriləcək

​Bu gün Azərbaycan Premyer Liqasında XVI turun ilk oyunları keçiriləcək
11:15 11 Dekabr 2015
18 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 11 dekabr. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının XVI turuna start veriləcək. "Report"un məlumatına görə, turun ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
İlk olaraq Gəncənin "Kəpəz" klubu "Rəvan"ı qəbul edəcək. Qarşılaşma Gəncə şəhər stadionunda keçiriləcək. Şahin Diniyevin rəhbərlik etdiyi komanda ev oyunundan qələbə ilə ayrılacağı təqdirdə, ilk 5-likdəki mövqeyini gücləndirəcək. Xal itkisi isə "Neftçi"nin bu tur səfərdə "Qəbələ" üzərində qələbə qazanacağı təqdirdə, Gəncə komandasını 1 pillə geri salacaq. "Rəvan" isə qış fasiləsinə turnir cədvəlinin sonuncusu olaraq yollanmaq istəmir. Bu səbəbdən, "Kəpəz"lə oyunda Bəhmən Həsənovun komandasını yalnız qələbə qane edir. Komanda 3 xal qazanarsa, siyahıdakı qonşu "Xəzər Lənkəran" geridə qalacaqsa, "Sumqayıt" və AZAL-la xal ehtiyatı bərabərləşəcək. Cütün bugünədək olan görüşlərində maraqlı statistika nəzərə çarpır. 10-cu dəfə üz-üzə gələcək komandaların əvvəlki görüşündə heç-heçə qeydə alınmayıb. 9 oyunun 6-da "Kəpəz", 3-də isə "Rəvan" qələbə qazanıb.
"İnter" isə eyniadlı arenada "Sumqayıt"ı sınağa çəkəcək. Hazırda 24 xalla turnir cədvəlində 4-cü olan "bankirlər" qələbə nəticəsində 2 pillə irəliləmək şansı əldə edəcək. Sumqayıtın eyniadlı klubu isə qazanılacaq 3 xal nəticəsində turnir cədvəlində ikinci 5-liyin üst pillələrində qərarlaşacaq. Komandalar bugünədək 13 dəfə üz-üzə gəlib. Bu qarşılaşmaların 8-dən "İnter", 1-dən isə "Sumqayıt" qalib ayrılıb. Qalan 4 qarşılaşmada bərabərlik qeydə alınıb. Üstəlik, "Sumqayıt" son 4 oyunda "İnter"ə məğlub olmayıb.
Azərbaycan Premyer Liqası, XVI tur
11 dekabr.
14:00. "Kəpəz" - "Rəvan"
Gəncə şəhər stadionu
16:30. "İnter" - "Sumqayıt"
Bakı. "İnter Arena"
Qeyd edək ki, turun digər oyunları dekabrın 13-də keçiriləcək.

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/bu-gun-azerbaycan-premyer-liqasinda-xvi-tura-start-verilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR