Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Dövlət Komitəsində deputatı keçmiş həmkarıyla əvəzlədilər

Dövlət Komitəsində deputatı keçmiş həmkarıyla əvəzlədilər

Date: 11 December 2015 11:17

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə yeni aparat rəhbəri təyin olunub.

APA-nın xəbərinə görə, komitə sədri Ramiz Həsənovun müvafiq əmrinə əsasən, bu vəzifəyə Arif Əşrəfov gətirilib. A. Əşrəfov noyabrın 1-də V çağırış Milli Məclisə keçirilən seçkilərdə 63 saylı Sabirabad Birinci Seçki Dairəsindən deputat seçilən Elçin Quliyevi əvəz edib. "Dövlət qulluğu haqqında" qanunun tələbinə əsasən E. Quliyevin fəaliyyətinə xitam verilib.

Maraqlıdır ki, A. Əşrəfov V çağırış Milli Məclisin deputatı olub.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat katibi Fazil Talıblı APA-ya faktı təsdiqləyib.

Milli.Az


Tags:  Dövlət Komitəsində deputatı keçmiş həmkarıyla əvəzlədilər


RƏYLƏR


Top news