Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Polşanın "Nordhus" şirkəti Azərbaycanda tərəfdaş axtarır

Polşanın "Nordhus" şirkəti Azərbaycanda tərəfdaş axtarır

Date: 11 December 2015 11:19


Bakı, 11 dekabr, AZƏRTAC
Polşanın "Nordhus" şirkəti Azərbaycanda bina tikintisi üçün hazır blok istehsal edən zavodun inşası üzrə tərəfdaş axtarır.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildiriblər ki, hazır bloklardan ibarət olan binaların inşası üçün zavodun tikintisi təklifi ilə bağlı "Nordhus" şirkəti quruma müraciət edib.
Eyni zamanda, AZPROMO-ya qaçqın və məcburi köçkünlərin, dağ-mədən sənayesində və tibb sahəsində çalışan işçilərin yerləşdirilməsi üçün səyyar evlərin inşa edilməsi ilə bağlı "Synergy Living Systems" şirkətinin təklifləri daxil olub.
Qeyd edək ki, "Nordhus S.A." şirkəti modul və panel sistemdə ağac karkas texnologiyası ilə binalar inşa edən şirkətdir. Şirkətin əsas bazarı Skandinaviya, xüsusilə Norveç və İsveçdir.

Tags:  Polşanın Nordhus şirkəti Azərbaycanda tərəfdaş axtarır


RƏYLƏR


Top news