Bakı metrosunda sərnişin polisi döydü

Bakı metrosunda sərnişin polisi döydü
11:23 11 Dekabr 2015
12 Digər
Ölkə mətbuatı
A- A+

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin stansiyalarından birində sərnişin polisi döyüb.

"Report"un xəbərinə görə, hadisə metronun "Həzi Aslanov" stansiyasında baş verib.

Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Faris Əsədov sərxoş vəziyyətdə stansiyaya daxil olaraq metrodan istifadə qaydalarını pozub. Bu zaman orada xidmətdə olan polis serjantı Bəhruz Zeynalov onu intizama dəvət edib. Lakin F.Əsədov müqavimət göstərərək B.Zeynalova xəsarət yetirib. Polis əməkdaşı üz nahiyəsindən xəsarət alıb.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb. Araşdırmalar davam etdirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/389435.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR