Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Şou əhli kimsəsiz uşaqlar üçün bir araya gəlir

Şou əhli kimsəsiz uşaqlar üçün bir araya gəlir

Date: 11 December 2015 11:24

İGECKİDS şirkəti Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə kimsəsizlər evində yaşayan uşaqları sevindirmək niyyətindədir. Lent.az-ın məlumatına görə, bu münasibətlə də dekabrın 24-ü saat 17:00-da Four Seasons otelində konsert proqramı keçiriləcək.

 

“Uşaqlar gülsün deyə” şüarı altında baş tutacaq gecənin aparıcı Vüsalə Əlizadədir. Konsert proqramında isə xalq artisti Faiq Ağayev, əməkdar artist Manana, müğənnilər Nura Suri, Elçin Cəfərov, Zamiq Hüseynov, Günay İbrahimli və bir çox məşhur müğənnilər iştirak edəcək. Mərasimə həmçinin Şaxta baba və Qar  qız, eyni zamanda DJ Biko da qatılacaq.

 

Onu da vurğulayaq ki, konsertdən əldə olunan gəlirlə bir neçə  kimsəsizlər evinə yardım göstəriləcək.

 








Tags:  Şou əhli kimsəsiz uşaqlar araya gəlir

RƏYLƏR


Top news