Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Rusiya vurulan qırıcısının "qara qutu"sunu oxutmağa mütəxəssisi tapa bilmir

Rusiya vurulan qırıcısının "qara qutu"sunu oxutmağa mütəxəssisi tapa bilmir

Date: 11 December 2015 11:25

Bir müddət əvvəl Türkiyənin hava məkanına daxil olduğu üçün vurulan Rusiya qırıcısının "qara qutu"sunu ekspertiza etmək hələlik mümkün olmayıb. Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, Rusiya lideri Vladimir Putin “Su-24” təyyarəsinin "qara qutu"sunu incələyəcək xarici mütəxəssisi tapa bilməyib. Belə ki, rəsmi Moskva qara qutunu araşdırmaq üçün xarici ölkələrə müraciət edərək mütəxəssis göndərmələrini xahiş etmişdi. Lakin Rusiyanın dəvətinə heç bir ölkədən cavab gəlməyib.

 

“Reuters” xəbər verir ki, Putinin təlimatı ilə Rusiyanın müdafiə naziri Sergey Şoyqu bir çox ölkələrin aidiyyəti qurumlarına müraciətlər göndərib. Kremlin sözcüsü Dimitri Peskov jurnalistlərin hansı ölkələrə müraciət edilməsi ilə bağlı sualına cavab verməyib.


Tags:  Rusiya vurulan qırıcısının qara qutusunu oxutmağa mütəxəssisi tapa bilmir

RƏYLƏR


Top news