İtkin neftçilərin axtarışına təyyarə cəlb edildi

İtkin neftçilərin axtarışına təyyarə cəlb edildi
11:26 11 Dekabr 2015
34 Ölkə
Ölkə mətbuatı
A- A+

Yanğını söndürmək hələlik mümkün olmayıb

“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi aidiyyəti üzrə tədbirlərini davam etdirir.

 

Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, hazırda nazirliyin “Vixr-5” və “Vixr-8” tipli 2 gəmisi yanğının söndürülməsinə çalışır, 4 helikopteri və “B-200ÇS” təyyarəsi isə itkin düşənlərin axtarışını həyata keçirir. Həmçinin nazirliyin Dövlət Sularda Xilasetmə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri sahilboyu müşahidə işləri aparır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224787

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR