Azərbaycanda dövlət komitəsinə yeni aparat rəhbəri təyin olunub

Azərbaycanda dövlət komitəsinə yeni aparat rəhbəri təyin olunub
11:29 11 Dekabr 2015
23 Ölkə
Ölkə mətbuatı
A- A+

 

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə yeni aparat rəhbəri təyin olunub.

 

“APA-Economics”in xəbərinə görə, komitə sədri Ramiz Həsənovun müvafiq əmrinə əsasən bu vəzifəyə Arif Əşrəfov gətirilib. A. Əşrəfov noyabrın 1-də V çağırış Milli Məclisə keçirilən seçkilərdə 63 saylı Sabirabad Birinci Seçki Dairəsindən deputat seçilən Elçin Quliyevi əvəz edib. “Dövlət qulluğu haqqında” qanunun tələbinə əsasən E. Quliyevin fəaliyyətinə xitam verilib.

 

Maraqlıdır ki, A. Əşrəfov IV çağırış Milli Məclisin deputatı olub.

 

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat katibi Fazil Talıblı “APA-Economics”ə faktı təsdiqləyib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224790

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR