Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan tikintidə təhlükəsizliyə nəzarət sahəsində Almaniya ilə əməkdaşlığı genişləndirir

Date: 11 December 2015 11:32

"Bu layihə əməkdaşlıqla yanaşı, önəmli praktik əhəmiyyətə malikdir. Tvinninq layihəsi ilə ölkənin milli tikinti qanunverciliyinin Avropa qanunvericiliyinə uyğunlaşdırılmasına qərar verilib", - nazir müavini bildirib.
O, layihənin əhəmiyyətindən danışıb və bu proses zamanı birgə işlədikləri Almaniya İnşaat Texnologiyaları İnstitutu və digər milli və əcnəbi tərəfdaşlarına təşəkkürlərini bildirib.
Daha sonra Aİ-nin Azərbaycandakı səfiri Malena Mard çıxış edərək deyib ki, Azərbaycanda bir neçə ildə neft sahəsinin çiçəklənməsi ilə yanaşı tikinti sektorunda da bu inkişaf görünür: “Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən milli tikinti standartlarının Avropa standartlarına keçidinə dair qərar verilib. Bu layihə böyük imkanlar açır və bizim bu sahədə böyük təcrübəmiz var. Onu Azərbaycanla bölüşə bilərik. Qeyd edim ki, bu sahədə əməkdaşlıq layihəsinin həyata keçirilməsini bizə Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi təklif etmişdi. Azərbaycan Tvinninq layihələri çox həyata keçirilən ölkələrdən biridir. Azərbaycan bu layihə ilə böyük təcrübə və uğur qazandı. Onun uğur qazanmasının əsas səbəblərindən biri isə peşəkar tərəfdaşlarının olması ilə bağlıdır”.
Qeyd edək ki, bu gün Avropa İttifaqı və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin 19 ay icra etdiyi layihənin yekun konfransı keçirilir. Bundan sonra isə Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi ilə Almaniya İnşaat Texnologiyaları İnstitutu arasında niyyət bəyannaməsi imzalanacaq. 

Tags:  Azərbaycan tikintidə təhlükəsizliyə nəzarət sahəsində Almaniya əməkdaşlığı genişləndirir

RƏYLƏR


Top news