Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

MTN əməkdaşları Mədət Quliyevin rəhbərliyi ilə Heydər Əliyevin məzarını ziyarət ediblər

MTN əməkdaşları Mədət Quliyevin rəhbərliyi ilə Heydər Əliyevin məzarını ziyarət ediblər

Date: 11 December 2015 11:33

Bakı. 11 dekabr. REPORT.AZ/ Bu gün Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin (MTN) rəhbərliyi və əməkdaşları Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.
“Report”un xəbərinə görə, milli təhlükəsizlik nazirinin birinci müavini, milli təhlükəsizlik naziri vəzifəsini icra edən, general-leytenant Mədət Quliyev və nazirliyin struktur idarə rəhbərləri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə güllər qoyulub.

Tags:  MTN əməkdaşları Mədət Quliyevin rəhbərliyi Heydər Əliyevin məzarını ziyarət ediblər

RƏYLƏR


Top news