Azərbaycanın regionları ilə Yaponiyanın Miyakocima şəhəri arasında əməkdaşlıq əlaqələri müzakirə olunub

Azərbaycanın regionları ilə Yaponiyanın Miyakocima şəhəri arasında əməkdaşlıq əlaqələri müzakirə olunub
11:34 11 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+


Tokio, 11 dekabr, AZƏRTAC
Azərbaycan və Yaponiya arasında regional əməkdaşlıq, ölkəmizin Yaponiyada hərtərəfli təbliği, eyni zamanda, yeni sahələrin araşdırılması məqsədilə Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə dekabrın 8-dən 10-dək Okinava prefekturasının Miyakocima şəhərində olub.
Səfər çərçivəsində səfir Miyakocima şəhərinin meri, parlamentin, ticarət və sənaye palatasının, turizm assosiasiyasının sədrləri, eləcə də digər rəhbər heyətlə görüşlər keçirib.
Görüşlər zamanı Miyakocima şəhəri ilə Azərbaycanın regionları arasında əməkdaşlıq əlaqələrinin yaradılması imkanları müzakirə edilib və tərəflər arasında qarşılıqlı səfərlərin, mədəni tədbirlərin təşkili, habelə iqtisadi və sosial sahələrdə əməkdaşlıq və təcrübə mübadiləsinin aparılması barədə razılıq əldə olunub.
Səfər zamanı sənaye mərkəzləri, xüsusilə kənd təsərrüfatı, turizm və ətraf mühitin mühafizəsi sahələrində Miyakocima şəhərinin təcrübəsinin Azərbaycanda tətbiqi imkanları da öyrənilib.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanin_regionlari_ile_Yaponiyanin_Miyakocima_seheri_arasinda_emekdasliq_elaqeleri_muzakire_olunub-910272

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR