Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Azneft" bu il proqnozdan 8% artıq qaz hasil edib

"Azneft" bu il proqnozdan 8% artıq qaz hasil edib

Date: 11 December 2015 11:37

Bakı. 11 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyi (İB) üzrə bu ilin yanvar-noyabr ayları ərzində 6,308 mln. ton neft hasil edilib.
"Report"a İB-dən verilən məlumata görə, hesabat dövründə hasilat proqnozdan 1,2% çox təşkil edib.
Cari ilin 11 ayı ərzində 5,6 mlrd. kubmetr qaz hasil edilib ki, bu da proqnozdan 8,2% artıqdır.
Qeyd edək ki, hesabat dövründə Birlik üzrə 6,231 mln. ton neft, 5,2 mlrd. kubmetr qaz hasilatı nəzərdə tutulmuşdur.
Hesabat dövründə fəaliyyətsiz quyu fondundan 92 quyu istismara qaytarılıb. Bu quyulardan 23,8 min ton neft hasil edilməsi gözlənildiyi halda, faktiki olaraq 29,3 min ton çox və ya 53,1 min ton neft alınıb.
İlin əvvəlindən 672 geoloji tədbir keçirilib, nəticədə 277,8 min ton neft hasil edilib ki, bu da proqnoza qarşı 73 tədbir çox və 53,9 min ton artıq neft deməkdir. Həyata keçirilən texniki tədbirlər nəticəsində isə 28 min ton plana qarşı 51,2 min ton neft hasil edilib.
"Bu il çoxsaylı qazma işləri həyata keçirilib, yeni neft və qaz quyuları istismara verilib. Qazma işlərinin həcminin genişləndirilməsi nəticəsində ilin 11 ayı ərzində “Azneft”in sifarişi əsasında 66 quyu qazılaraq istismara verilib.Yeni quyuların qazılması nəticəsində 162,2 min ton plana qarşı 190,8 min ton neft hasil edilib", - deyə Birlikdən bildirilib.

Tags:  Azneft bu il proqnozdan qaz hasil edib

RƏYLƏR


Top news