Ulu öndər Heydər Əliyevin xatirəsi Daşkənddə anılıb

Ulu öndər Heydər Əliyevin xatirəsi Daşkənddə anılıb
11:44 11 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+


Daşkənd, 11 dekabr, AZƏRTAC 
Azərbaycanın Özbəkistandakı səfirliyi, bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) Daşkənd şəhər Həmkarlar Şurası ilə birgə “Türküstan” sarayında ulu öndər Heydər Əliyevin anım gününə həsr edilmiş “Mexrcon-2015” Xeyriyyə Festivalı keçirib.
Mərasimdə Həmkarlar Şurasının sədri Olimcon Topilov sayca 46-cı olan bu festivalın sponsorlarına, o cümlədən Azərbaycan Mədəniyyət Mərkəzinə minnətdarlığını bildirib. Diqqətə çatdırılıb ki, festivalda 14 uşaq evinin kimsəsiz və qüsurlu, ancaq istedadlı şagirdləri iştirak edir.
AMM-nin direktoru Samir Abbasov ulu öndər Heydər Əliyevin uşaqları çox sevdiyini və onlara daim diqqət və qayğı ilə yanaşdığını qeyd edib. S.Abbasov festivalda uğurlu çıxış edən istedadlı uşaqların gələcəkdə AMM-nin kurs və dərnəklərində iştirak etmək üçün şərait yaradılacağını bildirib.
Sonra Daşkənddə fəaliyyət göstərən uşaq evlərinin hazırladığı konsert proqramı təqdim edilib.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” uşaq rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa edib.
Tədbirdə çıxış edən uşaq evlərinə Azərbaycan dövlətinin adından məişət cihazları hədiyyə olunub.
Sonda Daşkənddəki “Turan” restoranında internat evlərinin uşaqları üçün ziyafət verilib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ulu_onder_Heyder_Aliyevin_xatiresi_Daskendde_anilib-910278

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR