Avropa Liqasının qrup mərhələsinə yekun vurulub. Turnirdə iştirak edən hər iki Azərbaycan klubu çıхışını dayandırıb. Fanat.az klublarımızın qrup mərhələsindəki çıхşına görə qazandığı məbləği hesablayıb.
"Qarabağ" 2 milyon 880 min avro qazanıb. Bunun 2 milyon 400 min manatı qrup mərhələsinə vəsiqə qazandığı üçün UEFA tərəfindən Ağdam klubuna veriləcək. "Anderleхt" üzərindəki ev qələbəsinə görə 360 min avro əldə edən "Qarabağ" "Monako" ilə matçdakı heç-heçəyə görə 120 min avro qazanıb.
"Qəbələ" isə büdcəsini 2 milyon 640 min avro artırıb. Qrup mərhələsinə vəsiqə qazandığı üçün 2 milyon 400 min manat əldə edən "qırmızı-qaralar" PAOK-la oyunlardakı heç-heçələrə görə 240 min avro qanazıb.
Klublarımızın qrup mərhələlərindəki gəliri:
Qarabağ - 2 880 000 avro
Qəbələ - 2 640 000 avro
"Qarabağ" təsnifat mərhələlərindəki çıхışına (Çempionlar Liqası və Avropa Liqası) görə 950, "Qəbələ" 630 min avro qazanmışdı. Bununla da ağdamlıların cari mövsüm avrokuboklardakı gəliri 3 milyon 830 min, "qırmızı-qaralar"ın gəliri isə 3 milyon 270 min avroya çatıb.
Klublarımızın təsnifat mərhələləri
Qarabağ - 950 000 avro
Qəbələ - 630 000 avro
Neftçi - 200 000 avro
İnter - 630 000 avro
Fanat.az