Bakının ekoloji problemləri almaniyalı mütəxəssisin iştirakı ilə müzakirə olunub

Bakının ekoloji problemləri almaniyalı mütəxəssisin iştirakı ilə müzakirə olunub
11:54 11 Dekabr 2015
13 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 dekabr, AZƏRTAC
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) Ekologiya İşçi qrupu, Bakı Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən Ekologiya Klubu və ADA Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin birgə təşəbbüsü ilə ADA Universitetində “Şəhər ekologiyası” mövzusunda “dəyirmi masa” keçirilib.
ATGTİ-nin Ekologiya İşçi qrupunun rəhbəri Leyla Kazımova AZƏRTAC-a bildirib ki, Almaniyadan Bakı Dövlət Universitetinə dəvət olunmuş mütəxəssis, bioloq Til Dieterichin iştirakı ilə keçən “dəyirmi masa”da müzakirələr zamanı 50-dən çox tələbə və qonaq iştirak edib.
“Dəyirmi masa”da Bakı şəhərinin ekoloji problemləri ilə bağlı müzakirələr aparılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bakinin_ekoloji_problemleri_almaniyali_mutexessisin_istiraki_ile_muzakire_olunub-910287

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR