Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Mədət Quliyev: "Əvvəlki illərdə MTN sıralarından uzaqlaşmış bilikli, bacarıqlı, səriştəli şəxsləri yenidən işə dəvət edirik"

Mədət Quliyev: "Əvvəlki illərdə MTN sıralarından uzaqlaşmış bilikli, bacarıqlı, səriştəli şəxsləri yenidən işə dəvət edirik"

Date: 11 December 2015 11:57

Bakı. 11 dekabr. REPORT.AZ/ Milli təhlükəsizlik nazirinin birinci müavini, milli təhlükəsizlik naziri vəzifəsini icra edən general-leytenant Mədət Quliyev keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun dövründə bu qurumun əməkdaşlarının yol verdiyi qanunsuzluqlar və cinayətlərlə bağlı açılan cinayət işinə münasibət bildirib. 
"Report" xəbər verir ki, M.Quliyev jurnalistlərə açıqlamasında deyib ki, nöqsana yol verən hər kəs qanun qarşısında cavab verməlidir: "Yol verilən cinayətlərlə bağlı Baş Prokrorluqda cinayət işi açılıb, istintaq davam etdirilir". 
General bildirib ki, əvvəlki illərdə MTN sıralarından uzaqlaşdırılmış bilikli, bacarıqlı, səriştəli şəxsləri yenidən işə dəvət edirlər: "Müəyyən səbəblərdən xidmətdən uzaqlaşmış işçiləri, tanıdıqlarımızı dəvət edirik vəzifəyə təyin edirik. Bacarıqlı işçiləri təyin edirik. Bu təbii prosesdir" 

Tags:  Mədət Quliyev Əvvəlki illərdə MTN sıralarından uzaqlaşmış bilikli bacarıqlı səriştəli şəxsləri yenidən işə dəvət edirik

RƏYLƏR


Top news