Tele-radio məkanında ədəbi dilin qorunması ilə monitorinqlərin nəticələri açıqlandı

11:58 11 Dekabr 2015
14 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Elmir Murad - Trend:

Azərbaycan tele-radio məkanında ədəbi dilin qorunması ilə bağlı sentyabr-oktyabr ayları üçün aparılmış monitorinqlərin nəticələri açıqlanıb.

Milli Teleradio Şurasında bu gün keçirilən tədbirdə əvvəlcə "Günəşli" yatağında həlak olanlarən və ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb.

Sonra çıxış edən Milli Teleradio Şurasının sədr müavini Qafar Cəbiyev teleradio kanallarında dil normalarının pozulmasından danışıb. O, bildirib ki, telekanallarda xarici filmlərin dublyajı zamanı dil normalarına diqqət yetirilməlidir: "Yayımçılar özləri bu qaydalara əməl etməkdə maraqlı olmalıdırlar. Teleradio şirkətlərində aparıcılar daha peşəkar olmalıdır. Bu mövzu hələ də gündəmdə qalır".

Q.Cəbiyev qeyd edib ki, dil normalarını pozanlar tənqid olunmalı və onlara xəbərdarlıqlar edilməlidir: "Azərbaycanda teleradio şirkətlərinin dil normalarına diqqət yetirməsində irəliləyişliər var. Amma bu o demək deyil ki, bu sahədə problemlər yoxdur. Problemlər hələ də var".

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2468293.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR