Ağacəbrayıl Abasəliyevin solo-konserti təxirə salınıb

Ağacəbrayıl Abasəliyevin solo-konserti təxirə salınıb
12:07 11 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 11 dekabr. REPORT.AZ/ Tanınmış kaman ifaçısı, Azərbaycanın əməkdar artisti Ağacəbrayıl Abasəliyevin 60 illik yubileyi münasibətilə keçirilməsi planlaşdırılan solo-kosert proqramı təxirə salınıb.
Bu barədə "Report"a Ağacəbrayıl Abasəliyev məlumat verib. 
Onun sözlərinə görə, konsertin təxirə salınmasının əsas səbəbi işlərinin çox olmasıdır: "Dekabrın 16-da Milli Konservatoriyada solo-konsert proqramı ilə çıxış edəcəkdim. Konsertin günü və vaxtı dəqiqləşdirilmişdi. Amma işlərimin çoxluğu səbəbindən konserti gələn ilə qədər təxirə saldım. Televiziyada çəkilişlərim, Milli Konservatoriyada dərslərim çox olur. Son zamanlar yoruluram. Bu il 60 yaşım tamam oldu. Təmtəraqlı yubiley də keçirmədim. Belə şeyləri sevmirəm. Ona görə də solo-konsertimi 2016-cı ilin mart ayında keçirməyi düşünürəm. İndi ilin sonudur. İşlər çoxdur".

Xəbərin orijinal ünvanı: http://report.az/i-ncesenet/agacebrayil-abaseliyevin-solo-konserti-texire-salinib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR